Litva paytaxtının bələdiyyə şurası Rusiya səfirliyinin qarşısındakı meydana Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtovun adının verilməsi barədə qərarı səs çoxluğu ilə qəbul edib. Qərarda deyilir ki, bu “demokratiya uğrunda mübarizənin” simvolu olacaq.
Bundan üç ay əvvəl Rusiyanın Vaşinqton səfirliyinin qarşısındakı meydan Memtsov Plaza adlandırılıb. Bu akt Moskvanın qəzəbli reaksiyasına səbəb olmuşdu.
Vilnüsün qərarı ilə bağlı, hələlik Moskvadan reaksiya olmayıb.
ABŞ Senatı Vaşinqtondakı meydanın Nemtsov adlandırılması barədə qanunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şikayətindən sonra dayandırmışdı. Lakin son nəticədə Vaşinqton bələdiyyəsi niyyətinin üstündə duraraq bu ideyanı həyata keçirtdi.
Prezident Boris Yeltsinin hakimiyyətində baş nazirin müavini olmuş Boris Nemtsov hazırkı prezident Vladimir Putinin qatı tənqidçisi idi.
O 2015-ci ilin 27 fevralında Kreml divarlarının bir neçə metliyində sui-qəsd nəticəsində qətlə yetirilib.