Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 21:35

Litva 'özünün Maqnitski qanununu' qəbul edib


Sergey Maqnitskinin portreti
Sergey Maqnitskinin portreti

Litva parlamenti ABŞ-ın 2012-ci il tarixli Maqnitski qanununun modeli üzərində tərtib edilmiş yeni insan haqları aktını qəbul edib.

ABŞ-ın Maqnitski qanununa müvafiq olaraq Rusiya şirkətləri və fərdləri üzərinə səfər qadağanı və bank hesablarının dondurulması kimi sanksiyalar qoyulub.

Litvanın qəbul etdiyi qanunda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də daxil 44 rusiyalının adları var.

Bu qanun Rusiya həbsxanasında işgəncələrə məruz qaldığı iddia edilən Sergey Maqnitskinin adını daşıyır. 2009-cu ildə həbsxanada dünyasını dəyişən Maqnitski Rusiya hakimiyyət orqanlarının 230 milyon dollarlıq vergi fırıldağını faş etmişdi.

Maqnitskinin amerikalı-britaniyalı rəhbəri, sərmayəçi Bill Browder-ə qarşı Rusiyada cinayət işi qaldırılıb və Moskva dəfələrlə onun ekstradisiyasını tələb edib.

Moskva Maqnitski qanununun qəbul edilməsinə sərt reaksiya vermiş və buna cavab olaraq rusiyalı uşaqların amerikalı valideynlər tərəfindən övladılığa götürülməsini qadağan etmişdi.

Litvada qəbul edilmiş müvafiq qanunvericilik aktı qarşıdan gələn günlərdə prezident Dalia Qribauskayte tərəfindən imzalanacaq.

Litvadan başqa Maqnitski qanununa bənzər qanunvericilik aktları Kanada, Estoniya və Britaniyada qəbul edilib.

XS
SM
MD
LG