Litva parlamenti Krım tatarlarının deportasiyasını ‘soyqırım’ kimi tanıdıa parlamenti Krım tatarlarının 1944-cü ildə Sovet hökuməti tərəfindən sürgün edilməsini “soyqırım” aktı kimi tanıyıb.
İyunun 6-da qəbul edilmiş qətnamədə Krım tatarlarının deportasiyası Sovet İttifaqının cinayəti kimi tanınır və Krım tatarları ilə həmrəylik mənasında “Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqının tanınmaması siyasətinin davam etdiriləcəyi” bildiririlir.
Bu qətnamənin qəbul edilməsi leyhinə 77 millət vəkili səs verib, bir millət vəkili bitərəf qalıb.
Ötən ay buna bənzər qətnamə başqa bir Baltik ölkəsi – Latviya parlamenti tərəfindən qəbul edilib.
Ukrayna parlamenti – Verxovna Rada Krım tatarlarının kütləvi deportasiyasını soyqırım aktı elan edən qətnaməni hələ 2015-ci ilin noyabrında qəbul edib.
1944-cü ilin mayında Krımın tatar əhalisi sovet diktatoru İosif Stalinin direktivi ilə doğma yurdlarından Mərkəzi Asiya regionuna kütləvi sürgün edilib. Moskva Krım tatarlarını əsassız olaraq nasistlərə rəğbətdə ittiham edirdi.
On minlərlə Krım tatarı sürgünə gedən yollarda və burada yaşadıqları ilk aylarda ölmüşdü.
Bu sürgündən sağ qalanlar və onların törəmələri 1980-ci illərdən etibarən icazəsiz olaraq Krıma qayıtmağa başlamışdılar.
Lakin sonradan 2014-cü ildə yarımada Rusiya tərəfindən qanunsuz qəsb edildi.
Bunun ardınca Krım tatarları üzərinə repressiyalar və onların sıxışdırılmasına yenidən başlandı. Krım tatarları Krımın Rusiya tərəfindən ilhaqına qarşı çıxırdılar.
Mayın 9-da naməlum vandallar Krımda Sevastopol şəhəri yaxınlığında Krım tatarlarının müharibə abidəsini dağıdıblar.