Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:25

Litva Amazon şirkətini sovet rəmzlərindən əl çəkməyə çağırır


Wallmart-ın satdığı köynəklərdən biri
Wallmart-ın satdığı köynəklərdən biri

Litva Amerikanın internet satıcısı Amazon şirkətini üzərində oraq-çəkic və başqa sovet rəmzləri olan geyimlərin satışını dayandırmağa çağırıb.

Vilnüs bildirir ki, bu hərəkət sovet zəmanəsi qurbanlarının ruhuna təhqirdir.

Litvanın ilk postsovet prezidenti Vytautas Landsbergis Amazonun təsisçisi Jeff Bezosa açıq məktubunda yazır ki, heç kəs hətta belə “gülməli” simvollara da biganə qalmamalıdır.

86 yaşlı eks-prezident qeyd edib ki, sovet simvolları “kommunist zülmünün” rəmzidir.

Landsbergis yazır ki, SSRİ “müharibə cinayətlərində və soyqırımlarında” nasist Almaniyasının şəriki olub.

Litvanın xarici işlər naziri Linas Linkevicius deyib ki, o keçmiş prezidentin məktubunu dəstəkləyir və onun diplomatları da Amazon şirkətindən üzərində sovet rəmzləri olan malları satışdan çıxarmağı xahiş ediblər.

Landsbergisin məktubu Molotov-Ribbentrop Paktı kimi tanınan sənədin imzalanmasının 80-ci ildönümünə təsadüf edir.

Nasist Almaniyası və Siovet İttifaqı arasında 1939-cu ildə imzalanmış bu saziş Mərkəzi və Şərqi Avropanın bölüşdürülməsinə yol açmışdı.

Məhz bu sənədə söykənən SSRİ 1940-cı ildə Litva, Estoniya və Latviyanı işğal etmişdi.

Oraq-çəkic emblemi Litvada qadağandıır.

Litva 2018-ci ilin sentyabrında Amerikanın ticarət nəhəngi Walmart şirkətini də sovet rəmzli paltarların satışını dayandırmağa çağırmışdı.

Litva Xarici İşlər Nazirliyi bildirib ki, Walmart Litvanın Vaşinqtondakı səfirinə belə malların satışını dayandıracağını vəd edib.

Buna baxmayaraq avqustun 22-də Walmart internet satıcısnın saytında qiyməti 15 dollar olan oraq-çəkicli köynək nümayiş etdirilirdi.

2018-ci ilin mayında Almaniyanın idman geyimləri şirkəti Adidas üzərində “USSR” yazılmış və sovet gerbi çəkilmiş geyimləri satışdan çıxarmağa razılaşmışdı.

XS
SM
MD
LG