Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 14:08

1 dollar 15 lirəyə yaxınlaşır


Türkiyə, arxiv fotosu
Türkiyə, arxiv fotosu

Bu həftə mərkəzi bankın faiz dərəcəsini 100 bənd azaldaraq 14%-ə salacağı gözlənir

Bu gün – dekabrın 13-də Türkiyə lirəsi 7% dəyər itirib, 1 dollar 15 lirəyə yaxınlaşıb. “Reuters” bu düşüşün bu həftə uçot dərəcəsinin yenidən azaldılacağı xəbərləri fonunda baş verdiyini yazır.

Bir il öncə lirə indikindən iki dəfə artıq dəyərə malik idi.

Son iki həftədə mərkəzi bank lirəni 14.0 səviyyəsində saxlamışdı, üç dəfə dollar satmaqla xarici valyuta bazarına müdaxilə etmişdi. Bazar ertəsi səhər isə heç bir müdaxilənin olunmayacağı açıqlanıb.

Faiz dərəcəsi 14%-ə salına bilər

Bu gün səhər lirə dollara qarşı 14.99-a düşüb, sonradan 14.2895 həddində qərarlaşıb.

Bu həftə mərkəzi bankın faiz dərəcəsini 100 bənd azaldaraq 14%-ə salacağı gözlənir. Bu haqda “Reuters” ötən cümə günü yazıb. Ötən aysa inflyasiya 21.3%-ə yüksəlib.

Mərkəzi bankın Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqilə sentyabrdan uçot dərəcəsini 400 bənd azaltması investorların və əmanətçilərin əndişəsini artırıb.

İqtisadçıların və müxalifətdən olan siyasətçilərin tənqidlərinə baxmayaraq, Ərdoğan faiz dərəcələrinin azaldılmasında israr edir. Onun yeni iqtisadi planı iqtisadi artım, kredit, istehsal və ixraca fokuslanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG