Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 00:42

Lirə rekord həddə düşüb


Türkiyə lirəsinin qara günləri: Ərdoğan seçiləndən sonra daha da çökdü
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Türkiyə lirəsinin qara günləri: Ərdoğan seçiləndən sonra daha da çökdü

İyunun 7-də Türkiyə lirəsi 2021-ci ildəki tarixi düşüşdən bəri rekord həddə ucuzlaşıb.

Bir dollar rekord 23.16 lirəyə qalxıb, daha sonra 22.98 lirəyə bərabərləşib. Bununla da Türkiyə valyutasının builki məzənnə itkisi 19 faizi keçib.

Ötən həftəsonu Prezident Rəcəb Tayyib Ərdoğan keçmiş baş nazir müavini Mehmet Şimşeki maliyyə naziri təyin edib. Xarici investorların xoş münasibət bəslədiyi Şimşek deyib ki, iqtisadi siyasət “rasional” əsasa qayıtmalıdır.

Bu arada bazarlar mərkəzi banka yeni sədr təyinatını gözləyirlər. İndiki sədr Sahap Kavcioglu Ərdoğanın faiz dərəcəsinin salınması siyasətini həyata keçirirdi.

Siyasətin normallaşması

“BlueBay Asset Management” şirkətindən Tim Əş (Tim Ash) “Reuters”ə müsahibəsində baş verənləri "siyasətin normallaşması" adlandırıb.

“Düşünürəm ki, Şimşəkin (Türkiyə Mərkəzi Bankını) rasional siyasətə sövq etməsinin təsirini görürük”, – o, sözlərinə əlavə edib.

Bu il rəsmilər lirəni sabit saxlamaq üçün on milyardlarla dollar ehtiyatı işə salıblar.

Bankirlər deyirlər ki, lirənin tədricən ucuzlaşması bazar şərtlərini yaxşılaşdıracaq, mərkəzi bank ehtiyatlarının azalmasının qarşısını alacaq.

"Lirə hər gün ehtiyatlarla qorunmağa ehtiyac qalmayacaq səviyyəyə yaxınlaşır. İtkilərin bir müddət davam edəcəyini gözləyirəm", – bir treyder söyləyib. Onun sözlərinə görə, kəskin gündəlik itkilər valyutanın "gözlənilən səviyyəyə" yaxınlaşdığını göstərir.

Bəzi analitiklər lirənin dollar qarşısında 25-28 diapazonuna qədər zəifləyəcəyini gözləyirlər.

İstanbulda şərurluların məhəlləsi: Azərbaycanlılar niyə kütləvi şəkildə bura köçür?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Gözləntilər

Özünü faiz dərəcələrinin “qənimi” adlandıran Ərdoğanın təzyiqi altında mərkəzi bank 2021-ci ildə artım və investisiyaları gücləndirmək üçün faiz dərəcəsini 19%-dən 8,5%-dək endirdi. Lakin bu, 2021-ci ilin dekabrında lirənin rekord böhranına səbəb oldu və keçən il inflyasiya son 24 ilin ən yüksək həddinə çatdı, 85%-i keçdi.

2009-2018-ci illərdə maliyyə naziri və baş nazirin müavini olmuş Şimşəkin dönüşü isə qeyri-ənənəvi faiz dərəcəsi siyasətindən geri addımın müjdəsi sayıldı.

Ərdoğan ABŞ-da yüksək vəzifəli maliyyə meneceri Hafize Gaye Erkanı mərkəzi bankın rəhbəri təyin etməyi nəzərdən keçirir. Bu haqda iyunun 5-də “Reuters” xəbər yayıb. Erkan bazar ertəsi Ankarada Şimşəklə görüşüb.

Erkan son dörd il ərzində ölkənin mərkəzi bankının beşinci sədri ola bilər. Ərdoğan öncəki sədrləri ard-arda vəzifədən kənarlaşdırırdı.

“Reuters” yazır ki, Türkiyə rəsmiləri indi xarici sərmayəçilərin illərdən sonra qayıdacağına ümid edir. Ancaq müşahidəçilər Ərdoğanın keçmişdə ənənəvi siyasətə üz tutduqdan az sonra fikrini yenidən dəyişdiyini də yada salırlar.

XS
SM
MD
LG