Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:08

Messinin ayaqqabıları Misiri qarışdırıb


Messi
Messi

-

Dünyanın ən istedadlı futbolçularından olan Leonel Messinin bir cüt futbol ayaqqabısı auksiona çıxarılır. Messinin ayaqqabılarını xeyriyyə məqsədilə auksionda satılması üçün Misirə hədiyyə etməsi bu ölkədə birmənalı qarşılanmayıb.

Ötən şənbə Misirin MBC Masr telekanalı «Bəli, mən məşhuram» adlı verilişdə futbol ulduzu Messi ilə müsahibə yayımlayıb. Ancaq verilişdə argentinalı hücumçunun xeyriyyə məqsədilə öz idman ayaqqabısını hədiyyə edəcəyi barədə məlumat gözlənilməz reaksiya doğurub.

«Sən kimin ayaqqabısını satmaq istəyirsən, Messi?»

Misir parlamentinin üzvü və televiziya aparıcısı Said Hasasin öz verilişində ayaqqabısını çıxraraq, onu yardım kimi kasıb Argentinaya vermək istədiyini söyləyib.

«Sən kimin ayaqqabısını satmaq istəyirsən, Messi? Səncə, o ayaqqabı neçəyə satılar? Bəyəm bilmirsən ki, misirli bir uşağın dırnağı belə sənin ayaqqabından qiymətlidir? Ayyaqqabını özünə saxla, ya da İsrailə sat», deyib. Sonra da bunlarıvə əlavə edib: «Messi, unutma, biz misirlilər ləyaqəti olan 90 milyonluq xalqıq və bizim öz ayaqqabımız var».

Said Hasasin bununla da kifayətlənməyərək davam edib: «Biz başqalarının ayaqqabısının pulundan çörək yemirik. Əgər o, misirlilərə Barcelona formasını hədiyyə etsəydi, bunu başa düşərdik və qəbul edərdik. Amma ayaqqabı? Bu, bütün misirliləri alçaltmaqdır, mən bu təhqiri qəbul edə bilmərəm. Misirlilərin yeməyə çörəyi olmaya bilər, amma onların qüruru var».

Lionel Messi
Lionel Messi

Verilişin aparıcısı sonda onu da xüsusi vurğulayıb ki, misirlilər yeddi min illik sivilizasiyaları ərzində heç vaxt alçalmayıblar.

Şərqdə kiməsə ayaqqabı atmaq təhqirdir

Yaxın Şərqdə kiməsə ayaqqabı atmaq onu təhqir etmək deməkdir.
Hasasin-in öz verilişinə dəvət etdiyi Misir Futbol Assosiasiyasının sözçüsü Azmy Megahed də məsələyə dair fikrini bildirib:

«Əgər Messi bununla bizi alçaltmaq istəyirsə, onda yaxşı olardı ki, o ayaqqabıları özünün və onu dəstəkləyənlərin başına qoyardı. Bizim onun ayaqqabılarına, yəhudilərin, yaxud İsrail xalqının yardımına ehtiyacımız yoxdur. Get, o ayaqqabılarını yoxsulluq içində olan öz ölkənə, Argentinaya ver».

Messidən müsahibənin müəlifi, MBC Masr kanalının jurnalisti Mona El-Sharkawy isə öz növbəsində bildirib ki, Barcelona-lı ulduzun hərəkəti yanlış anlaşılıb.Hədiyyəsi də Misir üçün nəzərdə tutlmayıbmış:

«Bu, bizim verilişin ənənəsidir ki, qonaqdan bir suvenir alıb, xeyriyyə məqsədilə auksiona qoyuruq. Başa düşmürəm, bu hədiyyənin Misir üçün verildiyi barədə söz-söhbər haradan çıxıb. Belə şey deyilməyib axı».

Messi özü hədiyyəsinə verilən sərt reaksiyalarla bağlı fikir bildirməyib.
Misir yığmasının keçmiş hücumçusu Mido isə özünün Twitter hesabında hədiyyəsinə görə Messiyə təşəkkürünü bildirib: «Yazıçının ən qiymətli əşyası qələmi olduğu kimi, futbolçunun da ən dəyərli əşyası onun idman ayaqqabılarıdır. Ümid edirəm, bu yanlış ittihamlara son qoyacağıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG