Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:07

Fransanın Lion şəhərində partlayış törədilib


Partlayış yerində
Partlayış yerində

Fransanın şərqindəki Lion şəhərinin mərkəzində törədilmiş bomba partlayışında azı 8 nəfərin xəsarət aldığı xəbər verilir.

İlkin məlumata görə partlayış bağlamanın içində olanpartladıcı ilə törədilib.

Şahidlər bağlamanı küçə tinindəki kafenin qarşısında qoyaraq oradan uzaqlaşan velosipedçini görüblər.

Fransanın üçüncü böyük şəhərində anti-terror müstəntiqləri partlayış yerində işləyirlər.

Fransa prezidenti Emmanuel Macron insidenti “hücum” adlandırıb.

İlkin yoxlanış parladıcı qurğunun içində çox sayda vint, bolt və şrupların olduğunu göstərib. Partlayış yerli vaxtla gündüz saat 17:30-da baş verib.

Lion şəhəri ikinci rayonunun meri Denis Broliquier deyib ki, o partlayışın xəsarətə səbəb olmaq məqsədilə törədildiyinə inanır.

Bir neçə şahid qeyd edir ki, içində partalyıcı olan bağlamanı qoyan şəxs təhlükəsizlik kameralarına düşməli idi.

XS
SM
MD
LG