Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

'Sovet düşərgəsindən Azərbaycan həbsxanasına'


Leyla Yunus və onun əri Arif Yunus Amsterdam hava limanında qızları ilə görüşürlər (Foto arxivdəndir)
Leyla Yunus və onun əri Arif Yunus Amsterdam hava limanında qızları ilə görüşürlər (Foto arxivdəndir)

Polşanın Vrotslav şəhərində KEW nəşriyyatı Azərbaycandan olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı tarixçi Arif Yunusun "Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" kitabını rus dilində nəşr edib.

Bu haqda Leyla Yunus “Turan” agentliyinə açıqlamasında bildirib. Onun deməsinə görə, 496 səhifəlik kitab iki hissədən ibarətdir.

"MTN-in təkadamlıq kamerasındakı dustağın qeydləri" adlanan birinci hissənin müəllifi Arif Yunusdur. Kitabda MTN-in təcridxanasında təkadamlıq kamerada saxlandığı 16 ayın xatirələri əksini tapıb.

İkinci hissəni Leyla Yunus yazıb. O, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verənlərdən, müstəqilliyin ilk illərində Heydər Əliyevin hakimiyyətə gəlişindən və onun oğlu İlham Əliyevin idarəçiliyindən bəhs edir.

Kitab həmçinin, alman dilinə tərcümə edilib və nəşr olunub.

Hazırda kitabın ingilis dilinə tərcümə edildiyi, Londonda və Brüsseldə təqdimatının planlaşdırıldığı bildirilir.

Xatırlatma

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Yunuslar ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il azadlıqdan məhrum edib.

2015-ci ilin sonlarında onlar ayrı-ayrılıqda şərti cəza ilə həbsdən buraxılıblar.

2016-cı il aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib. Bundan sonra Leyla Yunus Azərbaycanda həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.

Lakin sonra Ali Məhkəmə şərti cəzayla bağlı qərarı ləğv edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

2017-ci ilin mayında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG