Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Məhkəmə Yunusları bir ay gözləyəcək


L.Yunus və A.Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda mayın 17-də çıxarılmış qərar uyğun orqanlara göndərilib. Amma hələlik nəticə yoxdur. Bu haqda mayın 31-də Bakı Apellyasiya Məhkəməsində Yunusların işinə baxan hakim Mirpaşa Hüseynov məlumat verib.

Hakim bildirib ki, məhkəmə Yunusların məcburi gətirilməsi qərarının nəticəsini daha bir ay gözləyəcək. Əgər yenə nəticə olmasa, növbəti addım atılacaq.

Yunusların vəkili Elçin Sadıqov məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib. Amma qərar müdafiəçiyə verilməyib.

Yunusların məhkəməsi iyulun 3-nə təyin olunub. Hazırda Hollandiyada yaşayan Leyla Yunus və həyat yoldaşı o vaxta qədər gəlməsə, növbəti iclasda onların barəsində həbsli axtarış qərarı çıxarıla bilər.

Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. 2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Eyni zamanda, sağlıq durumlarındakı problemlərlə əlaqədar müalicə məqsədilə onların ölkədən getməsinə icazə verilib. Amma sonradan Ali Məhkəmə həmin qərarı ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. İndi işə yenidən baxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG