Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 19:02

Leyla Şıxlinskaya 56 mini qəbul etmir, 'çox istəyir'


L.Şıxlinskaya

Xalq artisti, öz adını daşıyan klinikanın sahibi Leyla Şıxlinskaya keçmiş işçilərindən 800 min 343 manat pul tələb edir. Prokurorluq da onun iddiaları əsasında işçilərə belə böyük məbləğdə mənimsəmə ittihamı verib. Ancaq işi araşdıran məhkəmənin qərarıyla mühasibatlıq ekspertizası təyin ediləndən sonra vəziyyət dəyişib. Ekspertiza rəy verib ki, klinikaya dəymiş ziyan cəmi 56 mindir.

Cinayət məsuliyyətinə cəlb edilib məhkəmə qarşısına çıxarılan işçilər həmin vəsaiti ödəməyə hazır olduqlarını bildirirlər, amma L.Şıxlinskaya götürmür. Bu barədə oktyabrın 18-də təqsirləndirilən şəxslərdən birinin vəkili bu barədə məlumat verib.

Vəkil deyir ki, təqsirləndirilən şəxslər 56 min manatı toplayıb L.Şıxlinskayaya təqdim etmək üçün aparıblar: «Apardıq, lakin o, həmin pulu qəbul etmədi. Ziyanın ödənilməsi barədə ərizə verməkdən də imtina etdi. Leyla Şıxlinskaya deyir ki, ona dəymiş ziyan çoxdur. O, özü iddia etdiyi məbləğdə ziyanın ödənilməsini istəyir».

Vəkil əlavə edib ki, L.Şıxlinskaya ekspertizanın gəldiyi nəticə ilə də razılaşmır.

İşi araşdıran hakim bildirib ki, növbəti dəfə 56 min manat zərərçəkmişə təqdim olunub onun razılıq ərizəsi alınmalıdır.

Buna görə təqsirləndirilən şəxslərə noyabrın 25-nə qədər vaxt verilib.

Xatırlatma

L.Şıxlinskaya şikayət edib işçilərini cinayət məsuliyyətinə cəlb etdirməklə yanaşı, onlardan həm də 804 min 343 manat pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmənin əvvəlində belə bir mülki iddia qaldırıb.

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan yeddi nəfər – Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar RzaquliyevaYelena Abdullayeva CM-nin 313-cü (vəzifə saxtakarlığı) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə daha az vergi ödəmək idi.

Bu əməkdaşların işi üzrə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət 2 milyon manata yaxın vergidən yayınmadan gedir.

Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını təsdiqləyib. Amma deyib ki, maliyyə məsələlərinə cavabdeh şəxs özü deyil.

XS
SM
MD
LG