Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:46

Levon Ter-Petrosyan ‘çox təhlükəli vəziyyətdən’ yazır


 Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, “ölkə üçün hazırkı təhlükəli vəziyyətdən çıxmağın yeganə yolu növbədənkənar parlament seçkisinin keçirilməsidir”.

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, Ter-Petrosyan bu barədə iLur.am saytında dərc etdirdiyi “Zəruri izahat” məqaləsində yazıb.

O yazır: “Bu günlərdə hamı qeyri-adi situasiyaya aydınlıq gətrimək üçün baş sındırır. Parlament çoxluğu özünü müxalifət elan edib, icra hakimiyyəti isə azlığın hökuməti hesab olunur. Belə bir vəziyyət dövlət aparatının maneəsiz işləməsinə mane olur. Parlamentdə çoxluğa malik Resbilkaçı Partiya hakimiyyətin bütün qanunvericilik təşəbbüslərini bloklaya bilər. Son bəyanatları nəzərə alınarsa, onlar bunu heç gizlətmirlər də...”

Levon Ter-Petrosyan sual edir ki, belə bir vəziyyətdə Nikol Pashinian nə edə bilər?

O qeyd edir ki, Pashinian indiyədək bütün problemləri kütləvi etirazın köməyi ilə həll edib. Onun fikrincə Pashinian bundan sonra eyni taktikadan istifadə edə bilməyəcək. Vəziyyəti ağırlaşdıran budur ki, hazırkı parlamentin legitimliyini beynəlxalq icma da tanıyıb.

Levon Ter-Petrosyan yazır ki, parlament seçkisinin keçirilməsinin özü də asan olmayacaq, beləki seçki məcəlləsinə lazımi düzəliş və əlavələr hazırkı parlamentdən keçirilməlidir.

Levon Ter-Petrosyan 1991-1998-ci illərdə prezident olub. O hakimiyyətinin son illərində Azərbaycanla dialoqa meylli olduğunu nümayiş etdirirdi. Ter-Petrosyan bu barədə məqalə ilə çıxış etmişdi. Nəhayət 1998-ci ildə prezident Dağlıq Qarabağ münaqişəsinin kompromisli həllinə can atdığına görə istefaya məcbur edilib və hakimiyyətə Qarabağı ermənilərinin “Qarabağ klanı” adlanan qruplaşması gəlib.

Hazırkı baş nazir Nikol Pashinian Levon Ter-Petrosyanın komandasına daxil siyasi fiqurlardan hesab olunurdu.

Pashinian yeni hökumət qurur

Bu arada Ermənistanın yeni baş naziri Nikol Pashinian hökumətdə böyük dəyişikliklər edib.

Pashinian-ın rəsmi müraciətindən sonra prezident Armen Sarkisian ölkənin polis rəhbəri Vladimir Gasparianı və milli təhlükəsizlik müşaviri Georgy Kutoianı vəzifələrindən azad edən fərmanı imzalayıb. Kutoianın vəzifəsinə Artur Vanetsian gətirilib.

Pashinian Yerevan polis rəisinin müavini Valery Osipian ölkənin polis rəhbəri təyin edib. Osipian xalq etirazları zamanı Pashinian-la hökumətin adından danışqılar aparırdı.

Pashinian bu barədə özünün Facebook səhifəsində yazıb: “Nümayişlər zamanı biz Valery Osipianla barrikadanın əks tərəflərində olmuşuq. İndi isə birlikdəyik”.

Maliyyə nazirinin əvəzi Vardan Aramian yeni hökumətə uğur diləyərək istefasını elan edib.

Pashinian habelə Eduard Aghajanianı öz adminsitarsiyasının rəhbəri təyin edib. 30 yaşlı Aghajanian Pashinian-ın “Vətəndaş müqaviləsi” hərəkatının üzvüdür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG