Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Ter-Petrosyan: ‘Daha Ermənistanın Qarabağ barədə rəyini soruşan yoxdur’


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

Levon Ter-Petrosyan: Bu ağır hərbi məğlubiyyətdən sonra yəqin ən pis olanı budur ki, biz artıq bu oyunda oyunçu deyilik

“Daha Ermənistanın Qarabağ barədə rəyini heç kim soruşmur”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı iyunun 10-da Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan verib.

Ter-Petrosyan mətbuat konfransında deyib ki, Rusiya daha heç vaxt Qarabağı tərk etməyəcək:

“Biz təkcə müharibəni uduzmamışıq. Ondan daha pisi baş verib. Əgər əvvəllər Qarabağ Robert Koçaryanın günahından tənzimləmə prosesindən çıxarılmışdısa, bu məğlubiyyətdən sonra artıq Ermənistan münaqişə tərəfi olmaqdan çıxarılıb. Ermənistanın rəyini daha heç kəs soruşmur. Ermənistan Qarabağ barədə müstəqil qərar qəbul edə bilmir. Bu ağır hərbi məğlubiyyətdən sonra yəqin ən pis olanı budur ki, biz artıq bu oyunda oyunçu deyilik”.

Seçkidən sonra başqa siyasi qüvvələrlə koalisiyanın mümkünlüyü məsələsinə toxunan Ter-Petrosyan deyib ki, onun Erməni Milli Konqresi “düzgün olmayan qərarlar qəbul etməməyə çalışacaq”.

Levon Ter-Petrosyan habelə Nikol Paşinyan hakimiyyətə gələndən sonra onunla 2018-ci ildə etdiyi söhbətə toxunub.

Keçmiş prezident bildirib ki, həmin görüş zamanı Paşinyana Qarabağ məsələsində Serj Sarkisyandan ona qalmış mirası sənədləşdirməyi məsləhət görüb.

Sarkisyan ‘Paşinyanı ifşa edən’ səs yazısını yayıb
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

“İstefa verməsəydim, vətəndaş müharibəsi olardı...”

1990-cı illərdə I Qarabağ müharibəsində qazanılmış qələbəni möhkəmləndirə bilməməsi barədə ittihamlara cavab olaraq keçmiş prezident deyib:

“Mən möhkəmləndirilmiş qələbəni növbəti hakimiyyətə vermişdim. Mən bu barədə çoxdan, son dəfə keçirdiyim mətbuat konfranslarında, yazdığım məqalələrdə demişəm. Bir məsələ aydın idi: Vazgen Sarkisyan, Robert Koçaryan və Serj Sarkisyanın əhval-ruhiyyəsi belə idi ki, onlar mənim bu proqramı həyata keçirməyimə nəyin bahasına olursa olsun imkan vermək istəmirdilər. Mən məsələni şişirtmirəm. Əgər bunu etməyə cəhd göstərsəydim, vətəndaş müharibəsi başlanardı. Mən bunun baş verməməsi üçün istefaya getdim”.

“Daxili maneələr olmasaydı, o vaxt Azərbaycan sülh tənzimləməsi planını qəbul etməyə hazır idimi?” sualına Levon Ter-Petrosyan belə cavab verib:

“O vaxt Azərbaycan buna sonrakı 23 ildə olduğundan dəfələrlə çox hazır idi...”

Xatırlatma

Rəsmi Bakı bildirib ki, sözü gedən əsirləri – hərbi əsir yox, “terrorçu” hesab edir, çünki əslində Ermənistan vətəndaşı olan bu əsgərlər 10 noyabr atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ ərazisində tutulublar.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG