Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:31

Mirzə Sakitin həbsinə qərar verən hakim özü məhkəmə zalında həbs olundu


Lətif Nəbiyev
Lətif Nəbiyev

Uzun illər Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev özü məhkəmə zalında həbs olunub. Bu olay oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb. Nəbiyevin 8 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb. Hökmə əsasən, o, külli miqdarda dələduzluqda təqsirli bilinib.

Keçmiş hakim iki nəfəri aldadıb, onların 300 min dollardan çox pulunu ələ keçirməkdə suçlanır. İddia olunur ki, Nəbiyev tanışı Rüstəm Abdullayevdən birgə biznes adıyla 59 min 700 dollar, Azad İbrahimovdan isə onun üçün Bilgəhdə dəniz kənarında və Xətai rayonunda torpaq sahələri almaq adıyla 247 min 500 dollar pul alıb.

Özünü təqsirli bilmir

Hökmdən öncə məhkəmədə son sözünü deyən Nəbiyev özünü təqsirli bilmədiyini vurğulayıb. O bildirib ki, zərərçəkmiş Azad İbrahimovdan alınan pul Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayevə verilib. Onun sözlərinə görə, pul veriləndə Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyirdi.

Sabiq hakim digər zərərçəkən Abdullayevdən 10 min dollar aldığını etiraf edib və qarşılıqlı razılaşma əsasında həmin vəsaiti hissə-hissə qaytarmağa hazır olduğunu deyib.

Nəbiyev bundan öncə ifadəsində də Əli Abdullayevin adını çəkib, pulun onda olduğunu desə də, nazir müavini özü haqqında səslənən iddialara münasibət bildirməyib.

Nəbiyev Bakı Apelyasiya Məhkəməsinin hakimi olarkən bir sıra ictimai siyasi fəalların, o cümlədən satirik şair Sakit Zahidovun (Mirzə Sakit) işinə baxılıb. O zaman Mirzə Sakit haqqında narkotik ittihamı ilə çıxarılmış 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlamışdı. Satirik isə ittihamın yalan olduğunu, hökumət təmsilçilərini hədəf alan şeirlərinə görə narkotiklə şərlənib həbs olunduğunu deyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG