Lerik rayonu Çayrud kənd mədəniyyət evinin müdri Sulduz Hüseynov deyir ki, əməkhaqqlarını vaxtında ala bilmirlər:
“Maaşlarımızı vemrirlər, başqa problemimiz yoxdur. Keçən ilin dekabrını verməyiblər. Bu ilin iyul və avqust ayları da qalıb. İyun ayını yarıbayarı veriblər, yenə tam deyil.Mənim maaşım 178 manatdır, elə adam var 140 manat alır. Bizdə klub fəaliyyət göstərir, klub xadiməsinin aylıq maaşı lap azdır...”
“Demirlər, qorxurlar, çəkinirlər...”
Sulduz Hüseynovun deməsinə görə, ali təhsilli mədəniyyət işçisidir. Sənətkaralıqla da məşğul olur. Birtəhər dolana bilir:
“Hamı mənim kimi deyil. Maaşa baxanlar var. Əməkhaqqlarının verilməməsi problemi başqa rayonlarda da var. Demirlər, qorxurlar, çəkinirlər... Lakin bu problem var. Mənim sənətim var, müğənniyəm. Adam var ailə başçısıdır, 2 uşağı var , başqa gəliri yoxdur, yaşayışı o pula bağlıdır.”
“Soruşmuşam, deyirlər ki, büdcədə kəsir var,..”
Sulduz Hüseynovun sözlərinə görə, maaşların verilməməsini büdcədə kəsirlə bağlayırlar:
“Soruşmuşam, deyirlər ki, büdcədə kəsir var, ona görə maaşlar verilmir. Ancaq yalan deyirlər. Pulu hara sərf ediblər bilinmir...”
İxtisarlar var....
Bu il yanvarın 1-dən rayon mədəniyyət şöbələri ləğv edilib. Əvəzində regional şöbə yaranıb. Astara, Lerik, Lənkəran rayonlarının mədəniyyət və turizm şöbələri birləşdirilib. Regional şöbə Lənkərandadır.
Verilən məlumata görə, mədəniyyət sahəsində çalışanların arasında ixtisarlar da gedib.Təkcə Astarada 40-dən çox mədəniyyət işçisisinin ixtisara düşdüyü bildirilir.
İcra Hakimiyyətində nə deyirlər?
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyib ki, bütün məsələlər yaxın vaxtda yoluna qoyulacaq:
“Mədəniyyət işçiləri dekabr ayının pulunu ala bilməyiblər.Yaxın vaxtlarda bu həllini tapaçaq. Alacaqlar. Görürsən ki, bir klubda 1 nəfər əvəzinə 2 işçi saxlayıblar. Onlara vəsait xərclənib. 1 milyon manatdan çox kəsir yaranıb.Bu məsələlər tədricən həllini tapır.”
Hazırda Lerik rayonunda mədəniyyət və turizm sahəsi üzrə məsul şəxs Aqil Sucayev isə deyib ki,əməkhaqqların verilməsində heç bir problem yoxdur:
Buna da bax: Gəndov - dağın qoynu, problemlərin mərkəzi...
“Vaxtında əməkhaqqları veirlir...”
“Dekabr ayının əməkhaqqlarınin verilməməsi təkcə bizim rayona aıd məsələ deyil. Həll olunur.Yaxın günlərdə əməkhaqqı kartlara yüklənəcək.İyun və avqust ayların əmkhaqqlarının veriməsində isə problem yoxdur.Vaxtında əməkhaqqları veirlir...”
Sulduz Hüseynov isə verilən vədlərəbir o qədər də inanmır.
O, əməkhaqqların verilməməsi ilə bağlı ölkə prezidentinə, birinci vitse prezidentə video mürciət hazırlayaraqyayıb.
Mədəniyyət işçisi prezidentdən və birinci vitse prezidentdən onların əməkhaqqların verilmsinə kömək göstərmələrini xahiş edir.
Buna da bax: Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'