Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Aprel, çərşənbə, Bakı vaxtı 06:37

Lerikdə ölümlə nəticələnən torpaq sürüşməsi olub


Torpaq sürüşməsi nəticəsində ev dağılıb, Astara, 2019

Martın 7-də səhər saatlarında Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi nəticəsində bədbəxt hadisə baş verib. Bu barədə Lerik Rayon icra hakimiyyətindən bildiriblər.

Məlumata görə, torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb, hadisə nəticəsində ailə başçısı A.Əlirzayev həyatını itirb.

"Ailənin iki üzvünü xilas etmək mümkün olub. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”-deyə icra hakimiyyətindən bildiriblər.

XS
SM
MD
LG