Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Lerikdə bir şikayətin izi ilə...


Arxiv foto
Arxiv foto

Lerikdən olan jurnalist İlham İbadov deyir ki, sentyabrın 24-də Lənkəranda Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olub. Onun bildirməsinə görə, Lerikdə baş verən neqativ hallardan nazirə şikayət edib:

“Bunu nazirə dedim”

“Korrupsiya və rüşvətlə bağlı səs yazısı var. Korrupsiya idarəsinə də göndərmişəm. Bunu nazirə dedim. Nazir məni yüksək səviyyədə qarşıladı... Rayonda mənə təzyiqlər var. Təzyiqləri haqqı deyən dilləri susdurmaq üçün edirlər. Mən uzun müddət müxtəlif mətbuat orqanlarında çalışmışam. AZƏRTAC-ın bölgə müxbiri işləmişəm. Hazırda “Təhsil problemləri” və “İnsan haqları” qəzetlərinin bölgə müxbiriyəm ”.

Vilayət Eyvazov
Vilayət Eyvazov

"Oktyabrın 2-də evimə gediblər...”

İ. İbadovun deməsinə görə, nazirə etdiyi şikayət ona baha başa gəlib. O qeyd edir ki, Lerik rayonuna qayıdandan sonra Lerik şəhəri, H.Aslanov küçəsində yerləşən 12 nömrəli binadakı 18 nömrəli otağının qapsının kilidinin dəyşdirildiyini görüb:

“Mən qapıya əlavə kilid qoydum. Oktyabrın 2-də evimə gediblər, qapımı sındırıb yenisi ilə əvəz ediblər. İçəri girə bilmədim. Bakıya getmək məcburiyyətində qaldım. Orada bildim ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bu barədə açıqlama verib.”

Daxili İşlər Nazirliyi Mətbuat xidməti bu məsələ ilə bağlı “ Cənub xəbərləri” qəzetinin sorgusunu cavablandırıb.

Cavabda qeyd edilib ki, həmin mənzil Lerik rayon İcra Hakimiyyəti başçısının oktyabrın 4-də imzaladığı sərəncamla ücəm uşaqları olan Füruzə Quliyevaya verilib.

“... Çağırışdan yayınmağa davam edir”

Üstəlik F.Quliyevə Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng vuraraq onu yeni mənzilində tanımadığı adamın narahat etməsi barədə məlumat verib. Sonra onun bununla bağlı polisə ərizə ilə şikayət etdiyi bildirilir.

“...Məhz bu hadisədn sonra İ.İbadov və həyat yoldaşı G.Kazımova müxtəlif inistansiyalara həqiqətə uyğun olmayan iddialarla bağlı müraciətlər etmyə başlayıblar. Məişət səviyyəsindədki məsələyə əsassız olaraq siyasi don geyindirmyə, bu yolla vəzifə borclarını yerinə yetirən aidiyyəti dövlət qurumlarının nümyəndlərinə, o cümlədən polis əməkdaşlarına təzyiq göstərmyə çalışırlar. Lakin araşdırma materialı ilə bağlı izahatın alınması ilə əlaqədar təhqiqat orqanı tərəfindən dəfələrlə Lerik Rayon Polis Şöbəsinə (RPŞ) dəvət olunmasına baxmayaraq indi hüququların pozulmasından şikayətlənən İ.İbdaov hər dəfə müxtəlif bəhanələrlə bu çağırışdan yayınmağa davam edir”.

“Evimi əlimdən alıblar”

İlham İbadov isə ünvanına deyilənləri doğru hesab etmir. Dediyinə görə, ondan qisas almaq istəyirlər, elə bu məqsədlə də mənzilni əlindən alıblar:

“Deyirlər ki, güya o mənzilə mənim sənədim yoxdur. Orada heç kim yaşamayıb. Bina İcra Hakimiyyətinin yox, neft şirkətin balansındadır. Həmin mənzildə 2009-cu ildən yaşayıram, əlimdə sənədim var. DİN-ə getmişdim. Nazirə ərizə ilə müraciət etdim. Orada mənə dedilər ki,verilən sorğuya Lerik belə cavab verib. Gəlib evimi əlimdən alblar. Əgər belə idisə bu 10 ildə harda idilər? ”

"Narahat adamdır"

Habil Məlikov
Habil Məlikov

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, həmin mənzil İlham İbadova müvəqəti yaşamaq üçün verilmişdi:

“Birincisi ona o ev müvəqəti yaşamaq üçün verilmişdi. Əvvəl iki otaqlı mənzildə yaşayırdı, şəhərin mərkəzində. Başçı neft şirkəti tərəfindən inşa edilmiş binadan ona 3 otaqlı mənzil verdi. O şərtlə verildi ki,2 otaqlı mənzilini təhvil versin. O, 2 otaqlını təhvil vermədi. Başçının onun üçün elədyini onun yaxınları etməyib...Narahat adamdır. Ən azı Allahı gərək yaddan çıxartmayasan. Həmin ev boş idi. Başçı evi dünyaya üçcəm gətirən anaya verdi. Evə görə ona order verilməyib. O deyir sənədim var. Getsin versin məhkəməyə. İnsandır hər şeyi deyə bilər. İllər uzunu yazıb, kimlərinsə qəbulunda olub. Ona nə ediblər? İndi danışır. Lerik Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində məsləhətçi işləyirdi. Nə oldu, hamısı pis oldu? Keçmiş başçı ilə də münasibəti yaxşı deyildi. Təzə başçı gəldi, onu qaytardı işə....Axı belə olmur”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG