Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:57

Lerikdə Şəhidlər Xiyabanı da növbəsini gözləyir


Təmirini gözləyən Şəhidlər xiyabanı (arxiv fotosu).
Təmirini gözləyən Şəhidlər xiyabanı (arxiv fotosu).

Lerikin Cəngəmiran kəndinin sakinləri buradakı Şəhidlər Xiyabanının günbəgün dağılıb bərbad duruma düşməsindən narahatdırlar.

“Bura bizim qürur yerimiz olmalıdır, ancaq... utanc yerimizə çevrilib”

Buna da bax:​ 'Prezidentin adamıdır, nə istəyir, ver getsin'

Bu məzarlıqda uyuyanlar kəndin 1993-cü ildə Qarabağ döyüşlərində həlak olan gəncləridir. İntiqam adlı kənd sakini AzadlıqRadiosu-na danışır ki, məzar daşları çöküb, əyilib. Buraya doğma və yaxınlarının ziyarətinə gələnlər məzarlığı baxımsız vəziyyətdə görüb əzab çəkirlər:

“Başdaşı üstündəki portretlər sınıq-sınıqdır. Bələdiyyə küləyin sovurub gətirdiyi tullantıları vaxtında təmizləmir. Kənd sakinləri kəndin icra nümayəndəsinə, bələdiyyəyə dəfələrlə müraciət ediblər, elə hey “imkan yoxdur”, - deyib dururlar. Axı 5-10 şəhidin məzarüstü abidəsini abadlaşdırmağa, ətrafı təmizləməyə nə böyük imkan lazımdır? Türkiyədə övladı şəhid olanlar qürur duyurlar, çünki şəhidə sayğıyla yanaşılır. Bizdə isə onların məzarları zibillikdən fərqlənmir”.

Buna da bax:​ Bu, ağdamlı ailənin doğradığı sonuncu odundur...

“Özümüzün elə imkanı yoxdur”

– Kənd sakinlərinin özü niyə tədbir görmür?

– Özümüzün elə imkanımız yoxdur ki, tarixi abidə sayılan bu məzarlığı səliqə-sahmana salaq, qəbirlərin üstündəki mərmərləri əvvəlki vəziyyətinə gətirək. Kənddə camaat acından günorta durur”.

Kənd sakinləri imkanlı şəxslərdən “Şəhidlər Xiyabanı”na diqqət ayırmağı umurlar: “İmkanlılar min yerə pul xərcləyirlər, bu məzarlığı düzəltmək onların xərclədiyi böyük pulların cüzi hissəsi də deyil. Bir şeyi nəzərə alsınlar ki, burada uyuyan oğlanlar onların həyatda qalması üçün öz canlarından keçiblər. Məmurlardansa nə isə istəmək boş işdir”.

Buna da bax:​ Azı 10 ev su altında qala bilər

“Növbə Cəngəmirana da çatacaq”

Lerik Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, rayondakı abadlıq işlərinin siyahısına kəndlərdəki Şəhidlər Xiyabanlarının abadlaşdırılması məsələsi də daxildir. Bu işlər planlaşdırılmış və növbəli şəkildə aparılır. Növbə yaxın vaxtlarda Cəngəmirandakı Şəhidlər Xiyabanına da çatacaq.

XS
SM
MD
LG