Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Lepsin Latviyaya girişi qadağan olundu


Grigory Leps
Grigory Leps

Latviya məşhur Rusiya müğənnisi Grigory Lepsin (Lepsveridze) ölkəyə girişinə qadağan qoyub.

Bu barədə özünün Twitter hesabından Latviyanın xarici işlər naziri Edgars Rinkēvičs yazıb.

Lepsin gələn ilin fevralında Riqada konserti olmalıydı.

Müğənnini mütəşəkkil cinayətkarlıqla əlaqələrdə ittiham edirlər.

Bundan əvvəl Lepsə ölkəyə girişi eyni səbəblə Litva qadağan etmişdi.

Edgars Rinkēvičs yazır:

“Dövlət təhlükəsizlik orqanlarının qiymətləndirməsinə görə və “İmmiqrasiya qanunu” əsasında mən Rusiya Federasiyasının vətəndaşı Grigory Lepsveridzenin Latviya Respublikasında arzuedilməz şəxslər siyahısına salınmasına dair qərar qəbul etmişəm”.

Nazir öz qərarına bundan artıq təfərrüat əlavə etməyib.

Ötən iyul ayında Latviyanın ədliyyə naziri Yanis Bordans ölkənin daxili işlər naziri Sandis Girgensi Lepsin konsertinə getdiyinə görə kəskin tənqid etmişdi.

May ayında Lepsin Litvaya girişi qadağan edilmişdi.

O vaxt Litva xarici işlər nazirinin müavini Darius Skusevičius BNS agentliyinə demişdi ki, bu qərar qəbul edilərkən Lepsin 2013-cü ildə ABŞ-ın sanksiya siyahısına salınması nəzərə alınıb.

Vaşinqton Lepsi mütəşəkkil cinayətkarlıqla əlaqələrdə ittiham edir.

Lepsin özü cinayətkar aləmlə əlaqələrini inkar edir. O 2013-cü ildə özünü “qanunatabe vətəndaş” adlandırmışdı:

"Əgər ABŞ Maliyyə Nazirliyi məni cinayətkar hesab edirsə, qoy onda Frank Sinatranı qəbirdən çıxarıb həbsxanaya salsınlar”.

Grigory Leps şanson və pop musqisinin ifaçısı kimi məşhurdur.

Forbes jurnalı onu 2018-ci ildə Rusiya şou biznesi ulduzlarının siyahısında 4-cü yerə qoymuşdu.

Jurnal yazırdı ki, Lepsin səhnə uğuru qazanmasında onun Rusiya milyarderləri - milliyyətcə özbək İskander Maxmudov və Andrey Bokarevlə dostluğu böyük rol oynayıb.

İspaniya bu iki şəxsi mütəşəkkil cinayətkarlıqla əlaqələrdə şübhəli bilirdi.

Leps 2012-ci ildə Vladimir Putinin seçki kampaniyasında iştirak edib və onun etibarlı nümayəndəsi sayılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG