Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Lənkəran sakini: 'Heç olmasa bu borcları ləğv eləsinlər'


Lənkəran sakinləri, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin önündə yardım edilməsini istəyirlər, 10 aprel 2020
Lənkəran sakinləri, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin önündə yardım edilməsini istəyirlər, 10 aprel 2020

Dünən aprelin 10-da bir qurup Lənkəran sakininin Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin önündə toplaşaraq yardım istədikləri bildirilir.Onların Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının önündə də olduqları deyilir.

“Heç kim fikirləşmir ki, bu adam evdə qalıb nə yeyəcək?”

Bu barədə məlumatı onlardan biri, Lənkəran rayon sakni, əngəlli İlqar Əliyev verib:

“Problem ondadır ki, hərəsinə bəhanə gətirib yardım vermək istəmirlər. Birinə deyirlər pay torpağın var, digərinə deyirlər ki, ailəndə maaş alan var. Söhbət maddi yardım olan 190 manatdan gedir. Mən hərbi əliləm, 3 körpəm var, həyat yoldaşım da işləmir. Ailənin yeganə gəliri 230 manat aldığım pensiyadır. Karantin olmamışdan əvvəl özümü ora-bura vururdum, bir az qazanc olurdu. Deyirlər evdə qal,qalırıq. Heç kim fikirləşmir ki,bu adam evdə qalıb nə yeyəcək? Kirayədə qalıram, qaz, işıq pulu verirəm.”

“Qaz, işıq pulu borcu gəlib çıxıb 270 manata”

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şöbəsində onları dinləmək istəməyiblər:

“Qapıda élan vurublar ki,190 manatla bağlı onlara müraciət edilməsin. Həm də deyirlər ki, sənə yardım düşmür. Hər gün Dövlət Sosial Müdafiə Fondon Lənkəran şöbəsinin qarşısında toplaşırıq. Haqqımızı istəyirik. Birinə dedilər ki, yoldaşının pay torpağı var. Belə məqamda belə söhbət olarmı? Uşaqlarım körpədirlər. Qaz, işıq pulu borcu gəlib çıxıb 270 manata. Heç olmasa bu borcları ləğv eləsinlər. Ölkə başçısı pul ayırır, məmurlar vermir. O yaxşı adamdır.”

“Axı uşaq da yemək istəyir”

İlqar Əliyev
İlqar Əliyev
“Karantinin əleyhinə deyiləm, lazımdır. Axı uşaq da yemək istəyir. Uşaqlarımızı nə ilə dolandıraq? Evdə axırıncı düyünü gecə qaynadıb vermişəm uşaqlarıma. Nə verəcəyəm bundan sonra onlara?


O deyib ki, pandemiya ilə bağlı qadağaların əleyhinə deyil:

“Karantinin əleyhinə deyiləm, lazımdır. Axı uşaq da yemək istəyir. Uşaqlarımızı nə ilə dolandıraq? Evdə axırıncı düyünü gecə qaynadıb vermişəm uşaqlarıma. Nə verəcəyəm bundan sonra onlara? Gəlirim yoxdur. Prezidentin bundan xəbəri yoxdur. Olsa tədbir görər.”

Lənkəran rayonun digər sakini Bəxtiyar Muradov da imkansız olduğunu, iqtisadi vəziyyətin gündən-günə pisləşdiyini söyləyib:

“3 uşağım var, dolana bilmirik.Taksi sürürdüm, balalarıma çörək pulu qazanırdım. İndi qoymurlar, oturmuşuq evdə. Heç yerdən qazanc yoxdur...”

Lənkəran rayon sakini Əflatun Ağayaroğlu da bu problemlərin tezliklə həll olunmasını vacib sayır:

“Nə iş verirsiniz, nə də yardım”

“Heç yerdən gəlir yoxdur. Torpaq verilib 2006-cı ildə. O vaxtı ailədə 7 nəfər idik, indi 11 nəfər olub.Uşaqlardan biri əsgərlikdən gəlib. Nazir oturub orda, danışır. Gəlsin hesabalsın, artıq pul qalsa verərəm ona. Nazirliklə danışmışam,vəziyyəti başa salmışam. Nə iş verirsiniz, nə də yardım. Evdə ac necə əyləşim? Gəlsinlər baxsınlar, necə yaşayıram. Bunları ancaq kağız maraqlandırır, insan yox.Yoxdur gəlirim. Necə olur ki,siz varlanrısnız, biz kasıblaşırıq? ”

Nə iş verirsiniz, nə də yardım. Evdə ac necə əyləşim? Gəlsinlər baxsınlar, necə yaşayıram. Bunları ancaq kağız maraqlandırır, insan yox.Yoxdur gəlirim. Necə olur ki,siz varlanrısnız, biz kasıblaşırıq? ”

Hələlik, bütün bu deyilənlərə, Lənkəran rayonun rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Hökumətin məsələyə yanaşması

Son günlər ölkənin bir sıra başqa bölgələrində də insanların işsizlərə verilən birdəfəlik yardımlarla bağlı tələbləri eşidilir.Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərlə bəzən bu tələblər üst-üstə düşmür.

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. O, sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayırıb. Nazirlər Kabineti prezidentin bu sərəncamın icrası ilə bağlı aprelin 4-də Tədbirlər Planını təsdiqləyib. Həmin planda işsiz kimi qeydiyyata düşmüş şəxslərə də 190 manat birdəfəlik yardım verilməsi yer alıb.

Nazirlər Kbineti bildirib ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, əmək pensiyaçılarına, aylıq müavinət, təqaüd alanlara və özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilən şəxslərə yardım verilməyəcək. Habelə, işsizlikdən sığorta ödənişi, peşə hazırlığına görə təqaüd alanlara və bu il kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə də yardımın düşmədiyi açıqlanıb.

Üstəlik, əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara da həmin məbləğin verilməyəcəyi qeydedilib.

Nazirlər Kabineti həmçinin bildirib ki, əri və ya arvadı ödəniş alan şəxslər bu yardımdan kənarda qalacaqlar. Birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə ödəniləcək.

Artıq ödəmələrə başlanıldığı açıqlanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 100 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 991 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 10 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG