Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 05:10

Yol kənarında təndir çörəyi satan Qarabağ veteranı


Qarabağ müharibəsi veteranı, əlil Zaur Ağayev

Lənkəran rayonun Bürcəli kəndi Bakı-Astara yolunun yaxınlığında yerləşir. Yolun kənarında bir neçə kənd sakini təndir çörəyi satır. Onlardan biri də Qarabağ müharibəsi veteranı, əlil Zaur Ağayevdir.

Zaur Ağayev həm də gül dibçəkləri və ağac tingləri yetişdirib satır:

«Təndirdə anam çörək bişirir»

«Ehtiyacım var, yaşamaq olmur. Təndirdə anam çörək bişirir. Özüm isə belə işlərlə məşğulam. Bu işlərin hamısını həyətyanı sahədə görürəm. İstəyirəm ki, payıbəlli torpağımda iş görəm, yaxın qoymurlar».

Buna da bax:​ Ev istəyən Qarabağ veteranını ayaqyalın polisə aparıblar

Zaur Ağayevin deməsinə görə, payıbəlli torpağını zəbt ediblər. O, vurğulayır ki, torpağını Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov zəbt edib:

Zaur Ağayev həm də gül dibçəkləri və ağac tingləri yetişdirib satır.
Zaur Ağayev həm də gül dibçəkləri və ağac tingləri yetişdirib satır.

«Bələdiyyə torpağımı satıb»

«Bələdiyyə torpağımı satıb. Heç kim də bələdiyyəyə bata bilmir. Kəndin yarısı mənim vəziyyətimdədir. Payıbəlli torpağın sənədləri məndədir, amma torpaq yoxdur. Torpağım 42 sotdur. Torpağın vergisini də ödəmişəm. Sonra məlum olub ki, həmin torpağı bələdiyyə satıb. İcra başçısı adam göndərdi, xeyri olmadı. Bələdiyyənin adamı güclüdür, deyir «get kimə şikayət edirsən et». Bələdiyyə sədri açıq deyir ki, bu işi eləmişəm, gedin şikayət edin».

Buna da bax:​ Qarabağ müharibəsi veteranı: '20 ildir əlillik qrupu ala bilmirəm'

«Ailəm məndən ayrı yaşayır. Çünki evim yoxdur»

Müharibə veteranın deməsinə görə, döyüş bölgəsində ağır yaralanıb:

«1995-96-ci illərdə Füzuli istiqamətində cəbhədə döyüşmüşəm. Mina partlaması nəticəsində bir ayağımı itirmişəm, ayağım protezdir. Belə şəraitdə dibçək və tinglər yetişdirirəm. Yolun kənarında satıram. 3 uşağım var, ailəm məndən ayrı yaşayır. Çünki evim yoxdur. Mən torpağımı istəyirəm. Ölkəni ərazi bütövlüyündən ötrü sağlamlığımdan keçmişəm. Hökumət torpağı alıb versin mənə. Ala bilmirlərsə, mənə desinlər. Bəlkə başqa bir vasitə ilə torpağımı ala bildim».

«Gecələr ayağımın ağrısından yata bilmirəm»

Qarabağ müharibəsi veteranı deyir ki, bu şikayətlə bağlı on ildən çoxdur ki, məmurların qapısını döyür:

«Gəldilər, baxdılar və getdilər... Siz baxın, bir ayağım protezdir, saatlarla dururam burda. Aya bir dibçək satılar və ya satılmaz. Gecələr ayağımın ağrısından yata bilmirəm. Müalicəyə pul gedir. Əvvəllər yardımlar var idi, indi yoxdur».

Buna da bax:​ 'Prezidentin adamıdır, nə istəyir, ver getsin'

Qarabağ müharibəsi veteranı: «Bələdiyyə torpağımı satıb»

Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov isə deyir ki, ünvanına deyilənlər böhtandır:

Bələdiyyə sədri: «Mən günahkaramsa versin məhkəməyə»

Zaur Ağayevin deməsinə görə, payıbəlli torpağını zəbt ediblər.
Zaur Ağayevin deməsinə görə, payıbəlli torpağını zəbt ediblər.

«Onun torpağını necə götürə bilərəm? Əlində torpaq aktı var. 1998-ci ildə torpaq islahatı gedib. O vaxtları heç bələdiyyə yox idi. Ona payıbəlli torpaq veriləndən sonra, uzun müddət ora yiyə durmayıb. Orda evlər sıra ilə düzülüb. Hər evin arxasında əkin sahəsi olub. O torpaqlar da həmin evlərdə yaşayanlara verilib. Bunun yaşadığı evin arxasında isə əkin sahəsi olmayıb və başqa yerdə torpaq veriblər. Bunun mənə nə dəxli var? Ona dedilər ki, sənə maşın verək ya ev?. O maşın istədi. Maşın verdilər. Ev növbəsindədir. Qarabağ əlili kimi təqaüd alır. Həm də prezident təqaüdcüsüdür. Mən günahkaramsa versin məhkəməyə».

Buna da bax: 'Mən vəkil kimi məmur qapısında 3-4 saat gözləyirəmsə...'

Zaur Ağayev isə Bakı-Astara yolundan sürətlə şütüyən maşınları göstərib deyir ki, bu yoldan nazirlər də keçir:

«Birdə görürsən ki, maşınlar siqnal verə-verə yoldan keçir. Məlum olur ki, rayona hansısa böyük vəzifəli şəxs gəlib. İstəyirsən qəbuluna gedəsən, qoymurlar. Deyirlər heç yolun kənarında da durma. Biz hara gedək? Kimə şikayət edək?»

Verilən məlumatlara görə, hazırda Lənkəran rayonunda Qarabağ müharibəsində əlil olmuş 64 veteran var...

Günün bütün mövzuları

XS
SM
MD
LG