Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

ABŞ-ın yeni səfirinin Azərbaycana gəlməsi gözlənir


Earle (Lee) D. Litzenberger
Earle (Lee) D. Litzenberger

ABŞ Səfirliyi Lee Litzenbergerin Azərbaycanla bağlı videosunu yayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Lee Litzenbergerin yaxın zamanda Azərbaycana gələcəyi gözlənir.

Bu ölkənin Azərbaycandakı səfirliyi Facebook səhifəsində səfir Litzenbergerlə bağlı video yerləşdirib.

“Əziz dostlar, böyük məmnuniyyətlə səfir Lee Litzenbergerin Azərbaycana gəlişi münasibətilə bağlı mesajını sizinlə bölüşürük. Biz səfirin gəlişini səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu qısa videoçarx səfir barədə daha ətraflı məlumat almağınıza imkan yaradacaq,” səfirlik bildirir.

Həmin videoda o, bildirir ki, səfir kimi ikitərfli münasibətlərin bütün aspektlərini gücləndirməyə çalışacaq.

ABŞ Senatı bu il yanvarın 2-də Lee Litzenbergeri Azərbaycanda yeni səfir təsdiq edib.

Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfirin Azərbaycana gəlişi gözlənir.

Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.

“Amerikanın səsi” radiosunun məlumatına görə, o, oktyabrda senatorlara bildirib ki, Azərbaycanın Qərblə inteqrasiyası “enerji kəmərləri, ixracat və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivələrindən kənara çıxa bilər və çıxmalıdır”.

“Birləşmiş Ştatlar Azərbaycanla qanunun aliliyi, şəffaflıq, insan hüquqlarının müdafiəsi vasitəsilə demokratiya və açıq iqtisadiyyat prinsiplərinin təşviqi məsələsində də sıx əməkdaşlıq etməlidir. ” Litzenberger qeyd edib.

O, həmçinin, Amerika dəyərlərini bölüşmək və Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında daha çox şey öyrənməkdən ötrü cəmiyyətin geniş dairəsi ilə görüşməyə çalışmağı vəd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG