Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:54

Lavrov Türkiyə və Ermənistana çağırış edib


Sergey Lavrov Moskvada keçirilən “Novoye Znaniye” maarifçi forumunda
Sergey Lavrov Moskvada keçirilən “Novoye Znaniye” maarifçi forumunda

Nzir deyib: "İndi çox məntiqli olardı ki, bizim türk və erməni partyorlarımız aralarındakı münasibətlərin normallaşdırılması üçün səylərini bərpa etsinlər"

Lavrov Ankara və Yerevanı münasibətlərinin normallaşdırılmasına çağırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Dağlıq Qarabağda müharibənin başa çatması Rusiya diplomatiyasının uğurundan xəbər verir.

Moskvada keçirilən “Novoye Znaniye” maarifçi forumunun iştirakçıları qarşısında çıxış edən nazir bildirib ki, prezident Vladimir Putin Cənubi Qafqazda atəşkəsin dayandırılması üçün çox səylər göstərib.

Sergey Lavrov əlavə edib ki, Rusiya XİN Türkiyəni və Ermənistanı aralarındakı yaxşı qonşuluq münasibətlərinin bərpası üçün dialoqa başlamağa çağırıb:

“Hazırda Dağlıq Qarabağda müharibə qurtarandan sonra siyasi proses, bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üçün bünövrə qoyulub. İndi çox məntiqli olardı ki, bizim türk və erməni partyorlarımız aralarındakı münasibətlərin normallaşdırılması üçün səylərini bərpa etsinlər. Biz bu işdə onlara ən fəal şəkildə dəstək verməyə hazırlıq”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə ona sentyuabrın 2-də keçirilən brifinqdə verilmiş suala cavab olaraq deyib ki, bu yaxınlarda Türkiyə və Ermənistan liderləri ölkələri arasında yaxınlaşmanın perspektivlərinə dair müsbət siqnallar veriblər.

Moskva Türkiyənin 6-lıq platforma təklifini dəstəkləyir

Zaxarova 2009-cu ildə Ankara və Yerevan arasında imzalanmış Sürix protokollarını yada salıb və deyib ki, Moskva bu sənədin əldə olunmasında mühüm rol oynayıb.

Bu sənəd iki tərəf arasında münasibətlərin heç bir ilkin şərt qoyulmadan tədricən yaxşılaşdırılmasını nəzərdə tuturdu.

Zaxarova bildirib ki, sonra bu razılaşma tərəflərin öz iradəsi ilə bağlı baş tutmayıb:

“Biz iki qonşu dövlətin qarşılıqlı hörmət və maraqların nəzərə alınması ilə yaxınlaşmasına hər cür dəstək verməyə indi də hazırıq. Biz ondan çıxış edirik ki, bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının icrası kontekstində Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması ilə yanaşı regionda sülh, stabillik və çiçəklənməyə töhfə olardı”.

Mariya Zaxarova regionda problemlərin həlli üçün Türkiyə tərəfindən təklif edilmiş altılıq platformaya Moskvanın münasibəti barədə suala da cavab verib:

“Mən belə başa düşürəm ki, söhbət Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakilə regional konsultativ mexanizmin işə salınmasından gedir. Hesab edirik ki, belə format onun bütün potensial iştirakçılarının maraqlarına uyğun olardı və Cənubi Qafqazda etimadın möhkəmləndirilməsinə və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına töhfə verərdi”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG