Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:48

Lavrov Qərbi Belarusun daxili işlərinə qarışmaqda ittiham edir


Sergey Lavrov və Uladzimer Makey birgə mətbuat konfransında
Sergey Lavrov və Uladzimer Makey birgə mətbuat konfransında

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hakimiyyətini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenka ilə görüşü əsnasında Qərbi, Belarusun daxili işlərinə qarışmaqda ittiham edib.

O noyabrın 26-da Minskdə Belarus rəhbərliyi ilə danışqılar aparıb.

Belarusda 9 avqust seçkisindən sonra Lukaşenkanın istefasını tələb edən kütləvi etiraz aksiyaları davam edir.

Bu səbəbdən təhlilçilər Lavrovun Minskdəki çıxışını Moskvanın Lukaşenkaya dəstəyi kimi qiymətləndirirlər.

9 avqust seçkisində 26 illik hakimiyyətdən sonra Alyaksandr Lukaşenka yenə də qalib elan edilib.

Müxalifət seçkidə 38 yaşlı müxalifət lideri Svyatlana Tixanovskayanın qalib gəlidyini iddia edir.

Belarusda kütləvi etiraz aksiyaları başlanandan sonra da Moskva Lukaşenkanı dəstəkləməkdə davam edib.

"Müdrik Belarus xalqı..."

Belarus xarici işlər naziri Uladzimer Makeylə birgə keçirdiyi mətbuat konfransında Lavrov Birləşmiş Ştatları və bir neçə Avropa ölkəsini Belarusun daxili işlərinə “kobud şəkildə müdaxilədə” ittiham edib.

O deyib ki, “müdrik Belarus xalqı” öz problemlərini xarici məsləhətçilər olmadan da çözə bilər.

Lukaşenka bildirir ki, ona qarşı kütləvi etiraz aksiyaları xaricdən təşkil olunur.

Lavros isə deyib ki, Qərb “özünün rəngli inqilab adlanan çirkin metodlarından istifadə etməklə ictimai rəyi manipulyasiya edir və açıq şəkildə hökumətə qarşı çıxan qüvvələri dəstəkləyir”.

Qərb liderləri Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini tanımırlar. Onlar Lukaşenkanı legitim lider saymadıqlarını bəyan ediblər.

Avropa İttifaqı seçkilərin saxtalaşdırılmasına və etirazçılara qarşı qəddar zorakılığa görə Lukaşenka və onun onlarca məmuruna qarşı sanksiyalar elan edib.

Belarus təhlükəsizlik qüvvələri indiyədək minlərlə etirazçını saxlayıb.

Beynəlxalq insan haqları təşkilatları həbs olunmuş müxalifət nümayəndələrinə və etirazçılara işgəncə verildiyini iddia ediblər.

Əksər müxalifət liderləri ya həbs olunub, ya da ölkədən qaçmağa məcbur edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG