Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:25

Lavrov ‘Qərb hegemonluğunun tükəndiyini’ deyir


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov BMT Baş Assambleyasının tribunasından Qərbi “əsrlərdən bəri davam edən hegemonluğunun tükəndiyini” qəbul etməməkdə ittiham edib.

Lavrov təşkilatın Nyu Yorkdakı qərargahında etdiyi çıxışda bildirib ki, Qərb ölkələri “çoxqütblü dünyanın inkişafını əngəlləyir”.

Lavrovun bu çıxışı Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin Ukrayna, Suriya, Moskvanın başqa ölkələrin seçkilərinə müdaxiləsi və ötən il keçmiş Rusiya casusu və onun qızının zəhərlənməsi ilə bağlı məsələlərə görə gərginləşdiyi zamana təsadüf edir.

Lavrov və Pompeo görüşüblər

Bu arada, sentyabrın 27-də Lavrov ABŞ dövlət katibi Mike Pomeo ilə görüşərək Koreya yarımadasında, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edib.

Bu görüş bağlı qapılar arxasında keçirilib və danışıqlardan sonra mətbuat üçün brifinq verilməyib.

Pompeo görüdən sonra özünün Twitter hesabından yazıb ki, danışıqlarda ikitərəfli münasibətlər və qlobal problemlər, o cümlədən silahlar üzərində nəzarət məsələləri müzakirə olunub.

"Rusiya ilə münasibətlərimizin gərgin olduğu sferaların olmasına baxmayaraq, irəliyə doğru hərəkət üçün konstruktiv yollar tapılmalıdır. Əvvəllər biz bir yerdə işləyə bilirdik. Bunu gələcəkdə də edə bilərik”.

Lavrovun sözlərinə görə danışıqların mövzularından biri də Strateji Hücum Silahlarının ixtisarına dair müqavilənin (Yeni START müqaviləsi) müddətinin uzadılmasının və ortamənzilli raketlərin yerləşdirilməsinə moratorium qoyulmasının mümkünlüyü məsələsi idi.

Pompeo və Lavrovun habelə Suriya və İran məsələlərini də müzakirə etdikləri xəbər verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG