Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Moskva Ermənistan və Qazaxıstana nə kimi bir sənəd imzalatdıracaq?


Sergey Lavrov
Sergey Lavrov

Yerevan və Moskva xarici hərbçilərin Ermənistan ərazisində olmasını qadağan edəcək sənəd üzərində işləyirlər.

Bu barədə məlumatı Rusiya xarici işlər naziri Sergei Lavrov dekabrın 17-də “Komsomolskaya pravda” radiosuna müsahibəsində verib.

Ermənistan ərazisində fəaliyyət göstərən üç ABŞ bioloji laboratoriyası haqqında suala cavab verən Lavrov deyib: “Biz Ermənistanla, Ermənistanın ərazisində xarici hərbçilərin olmayacağına qarantiya verən sənədin hazırlıq prosesini başa çatdırmaq üzrəyik. Bu sənəd həm də hədə və risklər baxımından şəffaflığı təmin edəcək”.

Rusiya xarici işlər naziri bunu da deyib ki, buna bənzər sənəd Qazaxıstanla da hazırlanır.

Radionun jurnalistləri ilə söhbətində Lavrov Ermənistandakı ABŞ səfirliyinin niyə belə böyük və Rusiya səfirliyinin niyə belə kiçik olduğunu uzun-uzadı izah edib.

Lavrov deyib ki, məsələn Soros Ermənistanda – “bizim məkanımızda” - postsovet məkanında çox fəal işləyir. Rusiya xarici işlər naziri etiraf edib ki, Moskvanın bütün keçmiş sovet respublikalarında yüzlərlə diplomat və ya QHT saxlamaq üçün maddi imkanı yoxdur.

Azərbaycanda "filial siyasəti"

Jurnalistlərin təkidli suallarına baxmayaraq Lavrov bildirib ki, hazırda Rusiya və Gürcüstan arasında yaxşı münasibətlər mövcuddur və hətta, deyəsən Rusiya Gürcüstanın ən böyük ticarət partnyorudur.

Rusiya xarici naziri israr edib ki, Moskva keçmiş sovet respublikalarında fəal işləməyə çalışır:

“Mən elə lap bu yaxında Azərbaycanda olmuşam. Orada Moskva Dövlət Beybnəlxalq Əlaqələr İnstitutunun filialı yardadılır. Bu çox populyar iş formasıdır”.

Sergei Lavrov deyib ki, Qərb postsovet məkanında inqilablar hazırlayır:

“Ola bilsin bu bizim bəlamızdır, amma bizim təqsirimiz deyil. Biz özümüz nəhəng sayda insanın həyatı, dağıdılmış kəndlər və şəhərlər bahasına başa gəlmiş bir inqilab yaşamamışıq və buna görə də bunu heç kimə arzu etmirik, özümüz də istəmirik”.

Ukrayna məsələsinə toxunan Lavrov iki mühüm bəyanat verib. O deyib ki, Rusiya Ukrayna ilə müharibəyə heç vaxt getməyəcək və separatçı Luhansk və Donetsk respublikalarını tanımağı planlaşdırmır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG