►Qumbaraatanlardan atəş dayandırılsın!
Minsk qrupunun suçlanmasına son qoyulsun!
Əsirlər qaytarılsın!..
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanat veriblər.
ABŞ Dövlət katibi John Kerry, Rusiyanın xarici işlər naziri Sergei Lavrov və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin yaydıqları birgə bəyanatda bildirilir ki, "biz həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçiliyə sadiqik.
Biz Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serz Sargsyanın Mins qrupunun vasitəçiliyi ilə qarşıdan gələn görüşünü alqışlayırıq.
Bu yaxınlarda gərginliyin artması fonunda tərəflərə müraciət edərək,bir daha münaqişənin dinc yolla həllinə sadiq olduqlarını göstərməyə və münaqişənin həllinə mane olan istənilən səhv hərəkətlərdən qaçmağa çağırırıq.
Tərəflər ümumi həllə bağlı Soçi, Uels və Fransa sammitlərinin elementləri əsasında müzakirələri davam etdirməli və 2016-cı ildə hazırda müzakirə olunan təkliflər əsasında dialoqu canlandırmalıdırlar."
Bəyanatda qeyd edilir ki, bu il qoşunların təmas xəttində gərginliyin artması status-kvonu laxladır, biz xüsusilə minaatanlar və digər ağır silahlardan istifadəni pisləyir, dinc sakinlər arasında itkilərdən dərin təəssüf bildiririk.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil və günahsız mülki sakinlərin ölümü və yaralanmasına heç nə ilə haqq qazandırmaq olmaz.Biz tərəfləri gərginliyin azaldılması və insanların müdafiəsində qəti olmağa çağırırıq-deyə bəyanatda bildirilir".
Bəyanatda daha sonra deyilir: “Biz tərəflərin Beynəlxalq Qırmızı Xaç Komitəsiçərçivəsində itikin düşənlərlə bağlı informasiya mübadiləsi sahəsində irıliləyişə nail olmasını alıqşlayır və bu yöndə əməkdaşlığı davam etdirməyə çağırırıq.
Azərbaycan hakimiyyətinin bu yaxınlarda təmas xəttini keçən Ermənistan əsgərini qaytarması faydalı humanitar jest və beynəlxalq humanitar öhtəliklər ə tam uyğun hərəkətdir. Biz tərəfləri təkidlə bütün əsirləri geri qaytarmağa çağırırıq.Son ildə həmsədrlər və Minsk qrupu formatına hücumların artığı müşahidə olunur vəbir daha deyirik ki, Minsk qrupu münaqişənin həllində vahid qəbuledilmiş formatdır. Danışıqlardakı uğursuzluqlara görə həmsədrləri qınamaq cəhdi, yalnız münaqişənin dinc yolla həllini əngəlləyən əsas maneəni –tərəflərdə siyasi iradənin olmamasını pərdələməkdir.
Bir daha ümumi məqsədimiz olan möhkəm sülhə nail olmaq üçün tərəflərlə yaxından əməkdaşlığa hazır olduğumuzu bildiririk"-deyə bəyanatda bildirilir