Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:05

Lavrov:"Türkiyə-Ermənistan danışıqlarına kömək edə bilərik"


Sergey Lavrov. Rusiyanın xarici işlər naziri.
Sergey Lavrov. Rusiyanın xarici işlər naziri.

“Moskva Ermənistanla Türkiyə arasında danışıqlara kömək etməyə hazırdır və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını alqışlayardı".

AzadlıqRadiosunun ekhokavkaza.com saytının məlumatına görə, bunu martın 16-da Regional Post – Caucasus jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

Lavrov qeyd edib ki, Rusiya 2007-2000-cu illərdə Ermənistanla Rusiya arasındakı donmuş münasibətlərin açılmasında vacib rol oynadı, amma sonradan normallaşma prpsesi dayandı.

Lavrov deyib ki, Ankara ilə Yerevan danışıqlar masasına dönsələr, Moskva onlara aktiv yardım göstərə bilər və buna hazırdır.

Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlər yoxdur və iki ölkə arasındakı sərhədlər bağlıdır.

Qeyd edək ki, Ermənistanın “erməni soyqırımı” iddiası ilə bağlı Ankara ilə Yerevan arasında ciddi fikir ayrılığı var.

Ermənistan Osmanlı imperiyası dövründə Türkiyədə milyonyarım erməninin “soyqırımına” məruz qaldığını iddia edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.

Bundan başqa Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla sərhəd bağlı qalacaq.

Türkiyə bu münaqişədə Azərbaycanın tərəfini saxlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG