Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Lavrov Bosniyanın işlərinə qarışmadığını deyir


Lavrov sentyabrın 21-də Sarayevoda mətbuat konfransında çıxış edib
Lavrov sentyabrın 21-də Sarayevoda mətbuat konfransında çıxış edib

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bosniya-Herseqovinaya Sarayevoda Bosniya rəsmiləri və Banya Luka şəhərində Republika Srpska liderləri ilə danışıqlar aparmaq üçün səfər edib.

Lavrov sentyabrın 21-də Banya Lukada Republika Srpska bölgəsinin prezidenti Milorad Dodik və Serbiyanın baş naziri Ivica Dacic-lə görüşüb. Dacic Lavrovun Sarayevo görüşündə iştirak etməmişdi.

Lavrov jurnalistlərlə söhbətində deyib ki, o Bosniyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və ölkədə oktyabrın 7-də keçiriləcək seçkiyə müdaxilə etmir:

"Biz Bosniya xalqının seçiminə həmişə hörmət edəcək və onun seçəcəyi istənilən şəxslə işləyəcəyik. Biz başqa ölkələrin xalqlarına onların kimə səs verməli olduqları barədə məsləhət vermirik”.

Dodik Bosniyanın üçlü prezidentliyinə namizədliyini verib və əhalisinin əksəriyyəti etnik serb olan Republika Srpska üçün daha geniş muxtariyyət platformasından çıxış edir.

Bundan əvvəl yerli təhlilçilər belə bir fikir irəli sürmüşdülər ki, Lavrovun səfərinin vaxtı Dodikə dəstək üçün seçilib.

Avqust ayında Serbiyanın Vecrnje Novosti qəzeti yazmışdı ki, Rusiya Republika Srpska bölgəsinin müstəqillik niyyətlərinə dəstək verə bilər.

Banya Lukada Lavrov deyib ki, Moskva “Dayton Razılaşmalarına qətiyyətlə sadiq qalır və onlara təkrar baxılması üçün edilən bütün cəhdlərin əleyhinədir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG