Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:38

Rusiyanın Xarici İşlər Nazirliyi martın 30-da bildirib ki, rusiyalı diplomatları qovmuş ölkələrin səfirləri nazirliyə çağırılıb. Britaniyada rusiyalı casus Sergei Skripal və qızının sinir qazıyla zəhərlənməsinə cavab olaraq bir sıra ölkələr Rusiyanın toplam 150-dən çox diplomatını qovub.

Rusiyanın Xarici İşlər Nazirliyi martın 30-da onu da bildirib ki, Britaniyaya Moskvadakı diplomatik kontingentini Rusiyanın Britaniyadakı missiyasının sayına uyğun ixtisar etməkdən ötrü bir ay verilib.

Nazirlik martın 30-da Britaniyanın səfirini də çağırdığını açıqlayıb. Ona ölkəsinin “təhrikedici və əsaslandırılmamış hərəkətlərinə görə” etiraz təqdim olunub.

Britaniyanın Rusiyadakı səfiri Laurie Bristow Rusiya XİN-in binasını tərk edərkən jurnalistlərin suallarına cavab verib
Britaniyanın Rusiyadakı səfiri Laurie Bristow Rusiya XİN-in binasını tərk edərkən jurnalistlərin suallarına cavab verib

London keçmiş casusun zəhərlənməsinə görə Rusiyanı ittiham edib və bu da Moskvayla Qərb ölkələri arasında diplomatik mübahisə yaradıb.

Nazirlik Polşanın dörd diplomatının qovulduğunu bəyan edib. Varşava da Britaniyaya həmrəylik nümayiş etdirərək Rusiyanın dörd diplomatını ölkədən çıxarmağa qərar verib.

Çex Respublikası, İtaliya, Estoniya, Litva və Finlandiya bildirirlər ki, onların da Rusiyadakı diplomatik heyətlərinə eyni məzmunda etiraz notaları təqdim edilib.

Britaniya rəsmiləri bildiriblər ki, Birləşmiş Krallığın Rusiyadakı diplomatik heyətinin ixtisarı barədə Moskvanın qərarı təəssüf doğursa da, gözlənilən idi.

Britaniya XİN bildirib ki, Rusiyanın diplomatları ölkədən çıxarmaq qərarı, onu keçmiş casusun zəhərlənməsi ilə bağlı məsuliyyətdən azad etmir.

ABŞ Dövlət Departamenti Rusiyanın hərəkətlərindən təəccüblənmədiyini, ancaq buna görə “əsaslandırma” olmadığını deyib.

Sözçü Heather Nauert jurnalistlərə deyib ki, Rusiya “qurban kimi davranmamalıdır”.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva da Qərbin keçmiş casus Skriplaın zəhərlənməsi ilə bağlı qovduğu Rusiya diplomatlarının sayı qədər xarici diplomatı ölkədən xaric edəcək.

Rusiya mediası Lavrova istinadən bildirir ki, martın 29-da ABŞ-ın Rusiyadakı səfiri Jon Huntsman Xarici İşlər Nazirliyinıə dəvət edilib və orada ona deyilib ki, Moskva ABŞ-ın ölkədən çıxardığı 60 diplomatla eyni sayda Amerika diplomatını Rusiyadan xaric edəcək.

Lavrov habelə deyib ki, ABŞ-ın Sietlda bağladığı Rusiya konsulluğunun əvəzəində ABŞ-ın Sankt Peterburqdakı konsulluğu qapadılacaq.

Lavrov habelə deyib ki, Rusiya onun diplomatlarını qovmuş başqa ölkələr barədə də buna bənzər addım atacaq.

İndiyədək 150-dək Rusiya diplomatı Britaniyadan, Birləşmiş Ştatlardan, Kanadadan, NATO-dan və bir çox Avropa İttifaqı üzvü olan ölkələrdən qovulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG