Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:11

Lavrov: ‘Bu məsələdə məcburetmə və təzyiq bizə yersiz görünür’


Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də “Kommersant” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə dair suallara cavab verib.

Bu münaqişənin hələ nə müddətdə davam edə biləcəyi barədə suala cavabında Rusiya xarici işlər naziri deyib:

“Cəbuni Qafqazın başına gələn faciə bizim ümumi ağrımızdır. Biz Rusiyaya ənənəvi olaraq iki dost xalq arasında gedən döyüş əməliyyatlarına heç də laqeyd deyilik, halbuki bizim dərin inamımıza görə bu problemi çoxdan siyasi-diplomatik yollarla çözmək lazım idi. Əsas vasitəçi kimi Rusiyanın vəzifəsi Ermənistan və Azərbaycana qaynar fazadan çıxmaqda və kəskinləşmiş ziddiyyətlərin dinc həllini tapmaqda kömək etməkdir”.

Sergey Lavrov vurğulayıb ki, Rusiya prezidenti münaqişənin dayandırılması üçün gündəlik qaydada səylər göstərir və tərəflər arasında əldə olunmuş atəşkəsin həyata keçirilməsi üçün ABŞ və Fransadan olan partnyorlarla məsləhətləşmələr aparır:

“Ona ümid edirik ki, Bakı və Yerevanda nəhayət konstruktiv yanaşma barədə düşüncə üstün gələcək və Qarabağ prosesi siyasi məcrasına qayıdacaq”.

Lavrov əlavə edib ki, Moskva təzyiq metoduna tərəfdar deyil:

“Nəzərə alsaq ki, Rusiyanı Azərbaycan və Ermənistanla ümumi tarix, mədəniyyət, inkişaf etmiş humanitar və iqtisadi əlaqələr bağlayır, bu məsələdə bizim tərəfimizdən diktat, məcburetmə və təzyiq vasitəsindən istifadə son dərəcə yersiz görünür”.

Sergey Lavrov bunu da əlavə edib ki, Moskvanı münaqişəyə Yaxın Şərqdən döyüşçülərin cəlb olunması narahat edir:

“Biz dəfələrlə xarici oyunçuları muzdluların münaqişə bölgəsinə atılmasının qarşısının alınması üçün bütün vasitələrdən istifadə etməyə çağırmışıq. Bizdə olan məlumata görə onların sayı artıq 2000-ə çatıb”.

Lavrov konkret olaraq iddia edilən muzdluların haradan göndərilməsi barədə danışmayıb.

Rusiyanın Paşinyana cavabını ekspert şərh edir
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Erdoğan və Əliyevin təklifinə münasibət

Rusiya xarici işlər naziri deyib ki, hazırda başlıca məsələ atəşkəsə nəzarət mexanizminin işlənməsidir. Lavrov bildirib ki, belə bir mexanizm olmadan dayanıqlı atəşkəsə nail olmaq mümkün olmayacaq:

“Belə variantlar var ki, nəzarətin elektron vasitələri tətbiq edilsin, Yerevan və Bakı arasında qaynar xətt təşkil olunsun, ATƏT-in egidası altında müşahidəçilər daxil edilsin, hərbi kontingentlərin iştirakı ilə əməliyyatlar aparılsın. Hələlik nəzarət parametrləri üzrə razılaşma əldə olunmayıb. Belə bir iş, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin çərçivəsində aparılır. Başlıcası bu mexanizm hər iki tərəf üçün məqbul olmalıdır...”

Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdoğan və İlham Əliyevin Dağlıq Qarabağ üzrə təklif etdikləri yeni formata – “2+2” – Rusiya-Ermənistan-Türkiyə-Azərbaycan formatına münasibəti barədə suala cavab verən Lavrov deyib:

“Danışıqlar formatı, onun genişləndirilməsi, dəyişdirilməsi barədə müxtəlif təkliflər var. Biz gizlətmirik ki, problemin hərbi yolla həllinin mümkünlüyünü və buna yol verilməsini qəbul etmirik. Bizə dost və qardaş olan Erməni və Azərbaycan xalqlarına münasibətdə biz belə niyyətləri dəstəkləyə bilmərik”.

“Biz türkiyəli partnyorlarımızla birlikdə...”

Bununla belə Sergey Lavrov bütün partnyorlarla birlikdə işləməyin mümkünlüyünü qeyd edib:

“Buna baxmayaraq biz bütün partnyorlar, o cümlədən tərəflərin qonşuları ilə birlikdə işləməyə tərəfdarıq”.

“Rusiya regional münaqişələrin həlli məsələsində Türkiyənin asılılığına düşməyibmi” sualına cavabında Lavrov deyib:

“Rusiya və Türkiyə ən müxtəlif regionlarda böhranların tənzimlənməsində birlikdə və enerjili şəkildə işləyirlər”.

Xarici işlər naziri əlavə edib ki, Rusiya və Türkiyə diplomatları və hərbçiləri arasında qarşılıqlı əlaqələr sayəsində Suriyada gərginliyin aradan qaldırılmasına nail olunub.

Lavrov deyib ki, Rusiya Türkiyə və İranla birlikdə Suriyada bügün üçün ən dayanıqlı tənzimləmə mexanizmini əldə edə biliblər.

Sergey Lavrov qeyd edib ki, Rusiya və Türkiyə Liviya münaqişəsində də tərəflər üçün qarşılıqlı məqbul mexanizmlər üzərində işləyirlər. Lakin nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinə Moskvanın münasibəti fərqlidir:

“Dağlıq Qarabağ məsələsi fərqlidir...Təkrar edirəm: biz heç vaxt gizlətməmişik və gizlətmirik ki, böhranın güc vasitəsilə tənzimlənməsini dəstəkləmirik və döyüş əməliyyatlarının ən tez bir zamanda dayandırılmasına can atırıq. Tərəflər və onların xarici partnyorları atəşkəs barədə razılaşmaya ehtiram göstərməli, nəzarət mexanizminin yaradılmasına və konkret qrafik üzrə mənalı danışıqlar prosesinin bərpa olunmasına çalışmalıdrlar. Dayanıqlı atəşkəsə dərhal nail olunmasa da, biz regiondakı nüfuzumuzdan istifadəni davam etdirəcək, türkiyəli partyorlarımızla birlikdə hərbi həll ssenarisinin dayandırılması, tərəflər arasında dialoqun yaradılması, habelə Bakı və Yerevanı danışıqlar masası arxasına keçməyin zəruriliyinə inandırmaq istiqamətində işləyəcəyik”.

XS
SM
MD
LG