Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:38

Laura Cooper: ‘ABŞ Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir’


Laura Cooper
Laura Cooper

Prezident İlham Əliyev dekabrın 4-də ABŞ müdafiə naziri müavininin müşaviri Laura K Cooper-inbaşçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir ki, görüş zamanı hərbi sahədə ikitərəfli münasibətlər müzakirə edilib.

İlham Əliyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton-un və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərin inkişafındakı rolundan danışıb.

Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən prezident enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərin inkişafında böyük önəm daşıdığını bildirib.

O, ABŞ hökumətinin və şəxsən ABŞ prezidentinin "Cənub" qaz dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi bu baxımdan yüksək qiymətləndirib.

Dövlət başçısı həm NATO çərçivəsində, həm də ikitərəfli əsaslarla Əfqanıstandakı sülhməramlı qüvvələrə dəstək göstərildiyini də qeyd edib.

Xanım Cooper deyib ki, bu səfərdən məqsəd Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin davam etdirilməsidir.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Cooper terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.

XS
SM
MD
LG