Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Azərbaycanla bağlı qalmaqala sözardı. Latviyada banklara qadağa qoyulur


İllüstrasiya
İllüstrasiya

Latviyada hazırlanan yeni qanun layihəsində bankların yalnız kağız üzərində mövcud olan şirkətlərlə işləməsinə qadağa nəzərdə tutulub.

Bu barədə baş nazir Maris Kucinskis bildirib.

Belə şirkətlərin heç bir əmlakı, kapitalı olmadığı halda bank hesabına malik ola, böyük həcmdə pul əməliyyatları həyata keçirə bilirlər.

Çox zaman xaricdəki real şirkətlər kağız üzərindəki belə şirkətlərin bank hesablarından vergidən yayınmaq, pul yumaq üçün istifadə edirlər.

Bundan öncə ABŞ Latviyanın ən böyük banklarından birini qanunsuz pul köçürmələrində, pulyuma əməliyyatlarında iştirakda ittiham etmişdi.

ABŞ Maliyyə Nazirliyi fevralın 13-də ABLV bankını Şimali Koreyanın raket proqramı ilə bağlı sanksiyaları pozmaqda suçlamışdı.

Bundan başqa nazirlik bankı Azərbaycan, Rusiya və Ukrayna ilə bağlı genişmiqyaslı qanunsuz pulyuma əməliyyatlarında günahlandırmışdı.

ABLV bu ittihamdan sonra maliyyə problemləri yaşamağa başlamış və müflis olmuşdu.

Buna da bax: Azərbaycanla bağlı qanunsuz əməliyyatlarda suçlanan Latviya bankı bağlanır

Baş nazir deyib ki, qanun aprelin əvvəlində qəbul edilərsə, mayda qüvvəyə minə bilər.

Bundan başqa Latviya hökuməti biznesini daha çox xaricilərlə iş üzərində quran banklara iki həftə vaxt verib ki, yeni biznes modelinə keçsinlər.

Hökumət istəyir ki, banklar qeyri-rezidentlərə xidmətin həcmini bankın ümumi iş həcminin 5 faizi həddinə endirsinlər.

Bu xəbərlərdən sonra Latviya banklarından külli miqdarda pul çıxarılmasına başlanıb.

Son bir həftə müştərilkər Latviya banklarından 365 milyon avro əmanət çıxarıblar.

Latviya banklarındakı əmanətlərin ümumi məbləği 18,37 milyard avroya enib.

Amma Latviya hökuməti düşünür ki, bu islahatlar ölkə iqtisadiyyatına elə bir təsir göstərməyəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG