Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 13:15

Latviya prezidenti rusca teleefiri 20 faizə salmağı təklif edib


Egils Levits

Latviya prezidenti Egils Levits ölkə parlamenti - Seymin insan haqları və ictimai işlər komissiyasına müraciət edərək elektron kütləvi informasiya vasitələri (KİV) barədə qanuna yenidən baxaraq Avropa İttifaqı və Avrozonanın rəsmi dillərində televiziya proqramlarının efir vaxtını 80 faizə qədər artırmağı təklif edib.

Levitsin fikrincə, abunəçilər üçün Latviya medialarının, dövlət və kommersiya, habelə regional proqramların yayınlanmasına daha böyük ehtiyac var.

Prezident bildirib ki, bu zaman Aİ və Avrozona dillərinin efir payı minimum 80 faiz olmalıdır.

Hazırda Latviya telekanallarında ingilis, alman, ispan və latış dilləri də daxil 24 dildə verilişlər yayınlanır.

Prezidentin təklifinin qəbulu əslində rusca televerilişlərin efir vaxtının 20 faizə endirilməsi demək olacaq.

Egils Levits deyib ki, onun təklifi təkcə telekanallara yox, həm də kabel televiziyası və elektron KİV-ə aiddir:

"Güclü informasiya məkanı Latviyada təhlükəsizlik və demokatiyanın qorunması deməkdir. Elə etmək lazımdır ki, Latviya sakinləri qanunvericilik səviyyəsində keyfiyyətli və plüralist proqramlara baxa bilsinlər. Bunlar Latviyanın Avropanın mədəni məkanına bağlantısını gücləndirir və Latviya sakinlərinin Avropanın ümumi informasiya axınına qoşulmasına kömək edir”.

Prezidentin sözlərinə görə qanunvericiliyə edilən dəyişiklik “çoxdan bəri dərk olunan, lakin başqa yollarla həllini səmərəli şəkildə tapmayan problemin çözümünü reallaşdırardı”.

2019-cu ildə Latviyanın elektron KİV-lər üzrə şurası ukraynalılara qarşı nifrəti qızışdırdığına görə “RTR Rossia” telekanalının translyasiyasını qadağan edib.

XS
SM
MD
LG