Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Latviyada seçki keçirilir,rusiyapərəst partiya favorit hesab olunur


Latviyada seçki plakatı
Latviyada seçki plakatı

Oktyabrın 6-da Latviyada parlament seçkisi keçirilir.Seçkidə 16 siyasi partiya mübarizə aparır.

AzadlıqRadiosunun Reuters və digər qərb agentliklərinə istinadla verdiyi məlumata görə, rusdilli əhalinin maraqlarından çıxış edən“Harmoniya ”(Yektillik) partiyasının favorit olduğu bildirilir.

Qeyd edək ki, Avropa Birliyi və NATO-nun üzvü olan Latviyanın Rusiya ilə 270 kilometrlik sərhədi var.

Təxminən 50 il Sovet işğalında yaşayan bu ölkənin əhalisinin hazırda 25 faizi etnik ruslardır.

Buna da bax:Latviya Putin-in növbəti hədəfi ola bilərmi?

Ölkə,Sovet İttifaqı-nın 1991-ci ildə çökməsindən sonra müstəqilliyini bərpa edib.

Son seçkilərdə Latviyada rusiyapərəst partiya qalib gəlsə də digər partiyalar onunla koalisiyaya girmədiyindən hakimiyyətə gələ bilmədi.

Baş nazir Maris Kucinskis deyib ki, biz yol ayrıcındayıq. Ya biz, ya da onlar yeni hökumət yaradacaqlar.

O qeyd edib ki, “Harmoniya” partiyasının birləşdiyi koalisiya hakimiyyətə gəlsə Latviyanın Avropa Birliyi ilə münasibətləri və ölkənin daxili təhlükəsizliyində çox köklü dəyişiklik olacaq.

O,bunu böyük təhlükə adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG