Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 12:00

ABŞ-ın ittiham etdiyi Latviya bankının Azərbaycanla da 'qanunsuz' işbirliyi olub


Ilmars Rimsevics

Latviya Mərkəzi Bankının rəhbəri ölkənin antikorrupsiya agentliyi tərəfindən azı 100 min avro rüşvət almaqda ittiham ediləndən bir neçə saat sonra zaminə buraxılıb.

Korrupsiyanın Önlənməsi Bürosu fevralın 19-da bildirib ki, bankın direktoru İlmars Rimsevics-ə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. O ötən həftəsonu polis tərəfindən saxlanmışdı.

AzadlıqRadiosu xəbər verir ki, Rimsevics jurnalistlərə tamamilə təqsirsiz olduğunu deyib.

Təqsirsiz olduğunu bəyan etməsinə baxmayaraq, baş nazir Maris Kucinskis Rimsevics-i ona qarşı cinayət istintaqı başa çatanadək özünü vəzifəsinin icrasından kənarlaşdırmağa çağırıb.

Rimsevics bu vəzifəni 2001-ci ildən tutur və o eyni zamanda Avropa Mərkəzi Bankının direktorlar şurasının üzvüdür.

Latviya Avropa İttifaqının üzvüdür və pul vahidi kimi avrodan istifadə edir.

Antikorrupsiya agentliyi Rimsevics-ə qarşı ittihamların təfərrüatlarını bildirməsə də, AP agentliyi fevralın 19-da xəbər verib ki, Latviyanın Norvik bankı Mərkəzi Bank direktorunun uzun illərdir, ondan pul qoparmağa çalışdığını deyib.

Agentliyin verdiyi xəbərdə deyilir ki, Norvik Latviyadan beynəlxalq şikayət verib. Bu şikayətdə bildirilir ki, “bir yüksək vəzifəli Latviya rəsmisi” səlahiyyətlərini aşıb və Norvik bankdan rüşvət tələb edib.

Norvik bankın baş icraçı direktoru AP agentliyinə deyib ki, şikayətdə sözü gedən “yüksək vəzifəli rəsmi” elə Rimsevics-in özüdür.

Hazırda sözü gedən araşdırmavə Latviyanın üçüncü böyük bankı ABLV Bankda yaşanan böhran ölkənin bank sektorunda təlatüm yaradıb.

Lativyanın maliyyə tənzimləyicisi banka bütün ödənişlərini dayandırmaq göstərişi verib. Buna səbəb ABŞ-ın bu bankı çirkli pulların yuyulmasında ittiham etməsi və buna görə də bankın likvidliyinin kəskin düşməsi olub. ABŞ habelə bankı Şimali Koreyaya qarşı sanksiyaları pozmaqda ittiham edir.

ABŞ Maliyyə Nazirliyi ötən həftə yaydığı bəyanatda bildirirdi ki, ABLV habelə Azərbaycan, Rusiya və Ukrayna ilə əlaqəli “genişmiqyaslı qanunsuz fəaliyyətə bağlı tranşları həyata keçirib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG