Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Belarus məhkəməsi sabah bloqqer Lapshinin Azərbaycana verilməsinə baxacaq


Alexander Lapshin

Belarusun Ali məhkəməsi fevralın 7-də rusiyalı bloqqer Alexandr Lapshinin Azərbaycana verilməsi məsələsinə baxacaq.

Bu barədə RİA Novostiyə məhkəmənin sözçüsü Yuliya Lyaskova məlumat verib.

Belarusun baş prokurorluğu yanvarda Lapshini Azərbaycana vermək qərarına gəlib.

Minsk şəhər məhkəməsu isə prokurorluğun q ərarını qüvvədə saxlayıb.

Müdafiə tərəfi isə Ali məhkəməyə üz tutub.

Lapshin 2016-cı il dekabrın ortalarında Minskdə Azərbaycanın sorğusu ilə saxlanıb.

Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycandakı rejimi tənqid etməsidir. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu günlərdə mətbuatla görüşündə A.Lapshin-in ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

Əgər Azərbaycana verilsə Lapshin-i orda 8 ilədək həbs cəzası gözləyir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Minski bloqqeri şərtsiz azadlığa buraxmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG