Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:06

Lapshin-in anası da məhkəmədə dindiriləcək


Əcnəbi blogger Lapshinin məhkəməsi başladı
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Əcnəbi blogger Lapshinin məhkəməsi başladı

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlanaraq həbs olunan bloqqer Alexander Lapshin-in anası da onun məhkəməsində dindiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində Lapshin-in işi üzrə məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, şahidlər sırasında Lapshin-in anasının da adı var. O, növbəti məhkəmə iclasına dəvət olunacaq.

İyunun 3-də keçirilən məhkəmədə Şuşadan məcburi köçkün olan iki nəfər şahid qismində dindirilib.

«GÖRƏSƏN, LAPSHIN FİKİRLƏŞİBMİ..?»

Şahid Eyyub Abduləzimov deyib ki, Lapshin müstəqil adamdır və istədiyi yerə səfər edə bilər. Amma bu, Azərbaycanın dövlət sərhədlərini pozmaq hesabına olmamalıdır.

«Azərbaycanın sərhədlərini pozmağa heç kimin ixtiyarı yoxdur. Bu adam Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Adamdan soruşmazlarmı ki, Dağlıq Qarabağ nə vaxtdan müstəqil olub? Dağlıq Qarabağ və ona bitişik ərazilər Azərbaycanın torpaqlarıdır. İndi həmin torpaqlar, həmçinin bizim ev-eşiyimiz, babalarımızın məzarı işğal altındadır. Belə bir vəziyyətdə Lapshin həmin əraziləri erməni torpaqları kimi təqdim edir», – şahid Abduləzimov belə deyib.

O, ifadəsinin sonunda Lapshin-ə layiqincə cəza verilməsini istəyib:

«Görəsən, Lapshin fikirləşibmi ki, erməni dilində Şuşa, Laçın, Ağdərə sözləri varmı? Görəsən, bu adam həbsdə saxlanıldığı müddətdə səhvini etiraf etdimi? Çünki belələri bir milyon məcburi köçkünün öz evlərinə qayıtmaq ümidini qırır».

Lapşin:"Qarabağın Azərbaycan torpağı olmasından xəbərsiz idim"
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

İkinci şahid Fəxrəddin Səfərov deyir ki, Lapshin-in Azərbaycan əleyhinə çıxışlarından əvvəllər də xəbərdar olub, amma ilk dəfə onu Belarusdan Azərbaycana ekstradisiya edilərkən televiziyada görüb.

«ZORİ BALAYAN YAZIRDI Kİ...»

Gənc yaşlarında Şuşada tikdirdiyi üçmərtəbəli evdə hazırda ermənilərin yaşadığını deyən şahid müharibə haqda bir əhvalat danışıb:

«Mən döyüşəndə qarşıma bir erməni qadın və dördyaşlı uşağı çıxdı. Ətrafdakıların heç birinin ona toxunmasına imkan vermədim. Onlara dedim ki, yanında körpə var. İkincisi, qadın, üçüncüsü də əsirdir. Onları gətirib Daşaltı tərəfdə ozamankı müdafiə naziri Rəhim Qazıyevə və Şuşanın polis rəisi Vahid Bayramova göstərdim, onları buraxdıq. Halbuki, ermənilər Xocalıda altıyaşlı qız uşağına təcavüz etmişdilər. Onu Yevlax xəstəxanasına çatdırsaq da, xilas edə bilmədik. Onların ən tanınmışlarından olan Zori Balayan özü yazırdı ki, Xocalıda 11-yaşlı qız uşağını ağaca bağlayıb, sinəsini kəsib. Yazırdı ki, onun qanının axıb ölməsini axıra qədər gözləyib».

F.Səfərov da Lapshin-in qanun çərçivəsində cəzalanmasını istəyib:

«İstərdim ki, o, səhvini etiraf etsin. Ermənilər şəxsən məni qaçqın edib. Bundan ağır yük yoxdur. Belələri də gedib erməniləri müdafiə edir».

Ardınca hakim məlumat verib ki, dindirilməmiş dörd şahid qalıb. Onlardan biri də Lapshin-in anasıdır. Amma Azərbaycan qanunvericiliyinə görə, yaxın qohumların bir-birinə qarşı ifadə verməmək hüququ var. Yəni, Lapshin-in anası istəsə, məhkəmədə ifadə verməkdən imtina edə bilər.

Məhkəmə iyulun 6-da davam edəcək.

XATIRLATMA

Həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşı olan Alexander Lapshin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayanlarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında oralara səyahət edib.

Lapshin özünə məxsus Puerrtto səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Lapshin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG