Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:40

Məşhur Lambadanı oxuyan müğənninin yanmış meyiti tapılıb


Loalwa Braz

1989-cu ildə dünyanın ən populyar mahnılarından biri Lambadanı tarixə yazan müğənni Loalwa Braz-ın meyiti yandırılmış avtomobilin içindən tapılıb.

Braziliya mediası xəbər verir 63 yaşlı müğənnini “onun öz maşınında yandırıblar”. Başqa mənbələr onun eviondə də yanğın olduğunu xəbər veriblər.

Braziliyanın Globo qəzeti yazır ki, yanmaqda davam edən avtomobil Rio de Janeyro yaxınlığındakı Saquerema sahilində, müğənninin həyətində tapılıb.

Braz 1980-ci illərdə sənət yüksəlişinə başlayıb. O 1989-cu ildə onların məşhur Lambadasını oxumaq üçün Fransanın Kaoma pop qrupu ilə birləşib.

Mahnı müğənninin ana dilində - portəgizcə yazılıb.

Lambada musiqisinin videoklipində Braziliyanın Chico & Roberta rəqs dueti çəkilib. Bu klipə YouTube saytında 57 milyon baxış olub.

2011-ci ildə Jennifer Lopez bu mahıdan özünün On the Floor mahnısında istifadə edib və bu klip də ən çox paylaşılan musiqilərdən birinə çevrilib.

XS
SM
MD
LG