Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 18:29

Laçınin işğalından 27 il keçir


Laçın şəhəri
Laçın şəhəri

Mayın 18-də Azərbaycanın Laçın rayonunun işğal edilməsinin 27 ili tamam olur.

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər.

Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi deyilir. 300-ə yaxın insanın həlak olduğu və ya girov götürüldüyü bildirilir. 64 min sakinin köçkün düşdüyü açıqlanıb. Hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Verilən rəsmi məlumata görə, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyektləri məhv edilib.

Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidənin dağıntıya məruz qaldığı açıqlanıb.

Əhəmiyyətli geo-strateji mövqeyə malik olan Laçının işğalının Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilir. Bu rayonun işğalı ilə Ermənistan Dağlıq Qarabağla quru əlaqələr əldə edib.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub.

Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG