Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Fransalı ixtiraçı uçan aparatla La-Manş boğazını keçdi (Video)


 Franky Zapata , uçan aparatda
Franky Zapata , uçan aparatda

Fransalı mühəndis və ixtiraçı Franki Zapata (Franky Zapata) avqustun 4-də ikinci cəhddə reaktiv mhərrikli uçan lövhə ilə La-Manş boğazını kçib.

La-Manş Böyük Britaniya ilə Avropa qitəsini ayırır.

Uçuş, xüsusi platformalarda yanacaq götürməkdə daxil olmaqla təxminən 22 dəqiqə sürüb.

Fransa sahilindən qalxan Zapata, Britaniyada yerə enib.

Uçuş srəti saatda 177 km olub.

Flyboard Air adlı uçan platformanı Zapata kəşf edib.

Aparatın kerosinlə işləyən 5 kiçik reaktiv mühərriki var.

Uçuş hələlik qısa, bir neçə dəqiqəlik olduğundan, tez-tez yanacaq doldurmaq lazım gəlir.

Bundan əvvəl, buna bənzər nəqliyyat növü ilə La-Manş boğazını keçən olmayıb.

Beləliklə Zapata özünün rekordunu təzələyib. Onun əvvəlki rekordu cəmi 2,3 kilometr idi.

Zapata La-Manşı ilk dəfə iyulun 25-də keçməyə cəhd eləmişdi, amma həmin vaxt sınaq uğursuz olmuş-yanacaqdoldurma platformasına düşə bilməmişdi.

Zapata indi bu aparatı Fransa ordusunda da tətbiq eləmək istəyir və bunun üçün hökumət ona maliyyə yardımı da ayırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG