Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 13:07

KVN yarışmasında dava düşüb


Panjakent, Tacikistan. KVN-də dava düşüb

Adətən, istedadlı məktəb komandaları arasında keçirilən “Şən və Hazırcavablar” yarışı zamanı iştirakçılar özlərinin komediya, musiqi və rəqs bacarıqlarını sərgiləyir, əyləncəli performans göstərirlər.

Tacikistanın şimalındakı Suğd əyalətində, Pancakent şəhərinin teatrında tamaşa zamanı auditoriyada dava düşməsi “Şən və Hazırcavablar” yarışının qəfildən dayandırılması və qeyri-müəyyən müddətə ertələnməsiylə nəticələnib.

10 NƏFƏR HƏBS OLUNUB

AzadlıqRadiosu (RFE/RL) şahidlərdən birinin çəkdiyi videogörüntünü əldə edib. Burada əsasən gənc oğlanlardan ibarət bir qrupun bir-birinə yumruq vurduğunu və bir-birinin yaxasından yapışaraq dartdığını görmək olur.

Dava ön sıranın yaxınlığında baş verdiyindən, tamaşaçıların qalan hissəsi orta və arxa sıralara keçməyə cəhd edir.

Buna da bax: KVN-nin qosqoca aparıcısı Maslyakov da belə getdi

Rupordan çıxan kişi səsi isə dava iştirakçılarına müraciətlə deyir: "Zəhmət olmasa, yerinizdə əyləşin! Xahiş edirik, hər kəs öz yerində otursun!"

Dekabrın 21-də Pancakent şəhər polisi bundan iki gün öncə “Şən və Hazırcavablar” (KVN) şousu zamanı dava düşdüyünü, nəticədə təşkilatçıların tədbiri təxirə salmalı olduğunu radioya təsdiqləyib.

Pancakent polisinin rəsmisi Mehrojiddin Kholziyoev deyir ki, dava oturacaq üstündə mübahisədən başlayıb. Onun sözlərinə görə, hadisədən bəri polis 10 nəfəri həbs edib.

Buna da bax: Üç aktyorun mitinqi [video]

Pancakent təhsil rəsmiləri dava zamanı heç kimin xəsarət almadığını deyirlər. Onlar iddia edirlər ki, davada şagirdlər iştirak etməyib.

“DALAŞAN AZARKEŞLƏR OLUB”

"Bu, sadəcə azarkeşlər arasında dava olub. ...Dava tez bitib və heç kim xəsarət almayıb", – deyə Pancakent şəhər administrasiyasının gənclər və idman şöbəsinin rəisi Nekruz Kenjaev bildirib. Ancaq o, təcili təxirə salınan tədbirin yenidən keçirilib-keçirilməyəcəyi haqda heç bir söz deməyib.

Tacikistanda məktəb və universitetləri təmsil edən “Şən və Hazırcavablar” yarışı 2016-cı ildən keçirilir.

Buna da bax: Dağlıq Qarabağdan olan "KVN" komandaları Soçi yarışından çıxarılıb?

Yerli yarışlarda qalib gələn komandalar regional və milli yarışlara qatılırlar. Yarışlar dövlət televiziyasında göstərilir.

Suğd vilayətinin qalan yerlərində yarışlar davam edir, qalibsə ilin sonunda elan olunacaq.

Tacik rəsmiləri bildiriblər ki, bu tədbirlərin məqsədi "sağlam həyat tərzini təbliğ etmək, gənclər arasında arzuolunmaz halların qarşısını almaq və istedadlı gəncləri dəstəkləməkdir".

Günün bütün mövzuları

XS
SM
MD
LG