Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Rusiya gəmisi İngiltərə sahilində saya oturub


Rusiyanın Kuzma Minin gəmisi İngiltərə sahilində dayaza düşüb
Rusiyanın Kuzma Minin gəmisi İngiltərə sahilində dayaza düşüb

Rusiya gəmisinin artıq dayaz sulardan çıxarıldığı, dənizə qaytarıldığı bildirilir.

***

Britaniya donanmasının verdiyi xəbərə görə Rusiyanın göyərtəsində 18 heyət üzvü olan yük gəmilərindən biri pis hava şəraiti ucbatından İngiltərənin cənub-şərqindəki Kornuoll sahillərində saya oturub.

180 metr uzunluğu və 15 min ton yük tutumu olan Kuzma Minin gəmisi dekabrın 18-də güclü küləkli havada “lövbərini çəkib” və SuonpullaGilliqveyz arasındakı liman girişində ilişərək qalıb.

Britaniya Dəniz və Sahil Keşiyi Agentliyi sözçüsünün verdiyi məlumata görə gəmidə yük yoxdur və ətarf mühitin çirklənməsi baş verməyib.

Sözçü bildirib ki, gəminin dayaz sulardan çıxarılması üçün yedəkçi gəmilər göndərilib. Onlar gəminin dərin sulara çıxarılması üçün okean qabarmasını gözləyirlər.

Kuzma Minin gəmisi İspaniyaya gedirdi, lakin belə görünür, naviqasiya cihazlarının nasazlığı üzündən istiqamətini dəyişib. Bu barədə məlumatı Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının əlaqələndiricisi Sergei Fishov verib.

Britaniyanın Daily Mirror qəzeti yazır ki, gəmi sahildən “təhlükəli dərəcədə” yaxın məsafədədir.

Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatında deyilir ki, gəmi ekipajı üçün heç bir təhlükə mövcud deyil.

Xilasetmə gəmisi hazırlıq vəziyyətinə gətirilib və Falmut Sahil Keşiyi komandası ətrafı başqa gəmilrədən təcrid edib.

XS
SM
MD
LG