Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:36

“İntihar bombası” barədə video ərəb dünyasını titrədib


Videodan kadr
Videodan kadr

Yaxın Şərqdə bir telekommuniskasiyalar şirkətinin istehsal etdiyi Ramazan televiziya reklamında terror qurbanlarının intihar bombaçısının qarşısını kəsdiyi təsvir edilib.

Cəmiyyəti “bomba zorakılığını mərhəmətlə əvəzləməyə” çağıran mahnı klipi bütün regionda qızğın debatlar fırtınası yaradıb.

Bəziləri ekstremizmə qarşı olan bu videonu alqışlayır, bir başqaları isə onu bomba partlayışlarının qurbanlarının xatirəsindən sui-istidfadədə və terrorçu obrazının bəsitləşdirilməsində ittiham edirlər.

Küvetdəki Zain kommersiya mobil telefon əməliyyatçısı tərəfindən çəkilmiş videoklip internetdə sürətlə yayılıb.

Bu mahnıdakı “biz onların nifrət hücumlarına sevgi mahnıları ilə cavab verəcəyik” devizini tərifləyənlər də var, videonun internetdən silinməsini tələb edənlər də.

Video cihadçının intiharçı bomba hücumuna hazırlaşması ilə başlanır. O belinə intihar kəməri bağlayaraq küçəyə çıxır və bu zaman onun qarşısı toya hazırlaşan gənc, qucağında nəvəsi olan baba, bombardmandan sarsılmış uşaq tərəfindən alınır.

Buradakı uşaq obrazı dəftərində “Hər şeyi Allaha danışacağam, deyəcəyəm ki, siz məktəb partalarını boşaldaraq qəbristanlıqları uşaqlarla doldurmusunuz” sətrini yazır.

Bu videoklipdə Hələb bombardmanı zamanı sarsıldığından ağalaya belə bilməyən Omran Daqneesh-in rolunu uşaq aktyor oynayır.

Bu videoda həmçinin İordaniyadakı Əmmanda keçirilən toy məclisində törədilmiş bomba partlayışından sağ çıxmış gəlinin, Bağdadda törədilmiş terror aktında oğlunu itirmiş qocanın da obrazları var.

Mahnı boyunca “Allah böyükdür” sədaları ucalır, kəlmeyi-şəhadət eşidilir.

The Guardian” yazır ki, Ramazan günlərində ərəb dünyasında televizyaya daha çox tamaşa edilir.

Bu zaman terrora qarşı kliplər də efirə verilir. Lakin Zainın çəkdiyi video qədər təlatüm yaradan başqa bir reklam indiyədək olmayıb.

Bütün ərəb dünyası boyunca sosial media istifadəçiləri video barədə qızğın mübahisəyə girişiblər. Onlardan bəziləri yazırlar ki, terror qurbanlarını cihadçılardan daha çox rejimlər yaradır.

Bir sıra postlarda qeyd olunur ki, videoklip terroru lənətləsə də, onun siyasi köklərini göstərmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG