Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:16

Küveyt ABŞ-ın Təhlükəsizlik Şurasındakı qətnamə layihəsini bloklayıb


BMT Təhlükəsizlik Şurası

Birləşmiş Ştatların ənənəvi müttəfiqi olan Küveyt BMT Təhlükəsizlik Şurasında ABŞ tərəfindən təklif edilmiş qətnamə layihəsini bloklayıb.

Bu qətnamə layihəsində fələstinlilərin Qəzza zolağından İsrail ərazisinə raket atmaları qətiyyətlə pislənir.

Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının mayın 30-da keçiriləcək təcili iclasından əvvəl qətnamə layihəsini tanışlıq üçün üzv ölkələrə paylamışdı.

Vaşinqtonun ricası ilə keçirilən bu iclasda məsuliyyəti Həməs və Fələstinin İslami Cihad Hərəkatı tərəfindən tərəfindən qəbul edilmiş artilleriya bombardmanı müzakirə olunmalıdır.

Küveyt bildirib ki, ABŞ-ın qətnamə layihəsini bloklamaqdan əsas məqsədi öz layihəsini təqdim etmək olub. Küveytin təklif etdiyi layihədə Fələstinin dinc əhalisinin müdafiəsi məsələsi qoyulur. Küveyt hazırda Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq ərəb ölkələrini təmsil edir.

AFP agentliyi xəbər verir ki, Küveyt tərəfindən ABŞ missiyasına göndərilmiş e-mail-də deyilir: "Biz sizin nümayəndə heyətinin irəli sürdüyü mətni qəbuil edə bilmərik, ələlxüsus da ona görə ki, özümüz işğal olunmuş Fələstin torpaqlarında və Qəzza zolağında dinc əhalinin müdafiəsinə çağıran layihə üzərində işləyirik”.

Qəzza zolağından atılan raket və mərmilər İsrailin Fələstin bazalarına hava zərbələri endirməsinə səbəb olub.

Bu, 2014-cü il müharibəsindən bəri İsraillə Həməs arasında ən ağır toqquşmaların baş verməsinə yol açıb.

Qəzza zolağı sərhədində son həftələrdə baş verən gərginliklərin əsnasında İsrail qüvvələri 100-dək fələstinlini öldürüb.

Mayın 30-da tərəflər arasında atəşkəs elan edilib və belə görünür ki, İsrail və Həməs hərbi əməliyyatları və raket zərbələrini səngidiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG