Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 09:56

AzadlıqRadiosunun məhbus müxbiri UNESCO mükafatına təqdim olundu


Alsu Kurmaşeva
Alsu Kurmaşeva

Çexiya və daha 22 ölkə AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin ötən ilin yayında Rusiyada həbs edilmiş müxbiri Alsu Kurmaşevanı media azadlığı işinə verdiyi töhfəyə görə UNESCO/Gilyermo Kano beynəlxalq mükafatına nominasiya ediblər. Bu barədə məlumatı Çexiya XİN yayıb.

UNESCO/Gilyermo Kano mükafatı ildə bir dəfə bütün dünyada mətbuat azadlığının müdafiəsinə “əhəmiyyətli töhfə” vermiş təşkilat və şəxslərə verilir.

Bu zaman xüsusi olaraq onların həyatının repressiya riskləri ilə bağlı olduğu nəzərə alınır.

Laureat 12 nəfərdən ibarət müstəqil münsiflər heyətinin rəyi ilə seçilir.

Namizədləri, UNESCO üzvü olan ölkələrin hökumətləri, habelə media azadlığı məsələləri ilə məşğul olan regional və beynəlxalq qeyri-hökumət təşkilatları da verə bilərlər.

Alsu və başına gələnlər

AzadlıqRadiosunda 25 ildir ki, çalışan Kurmaşeva ötən il mayın ortalarında doğmalarından birinə görə təcili olaraq Çexiya paytaxtından Tatarıstana gəlmişdi.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.

O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.

Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.

Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.

Fevralın 1-də Kazanın Sovetski rayon məhkəməsi Kurmaşevanın həbs müddətini aprelin 5-dək uzadıb. Dinləmə qapalı keçirilib. Media təmsilçiləri məhkəmə zalına yalnız hökm oxunanda buraxılıblar.

Məhkəmə dinləməsində habelə Avstriya, Çex Respublikası və Niderland səfirliklərinin nümayəndələri iştirak ediblər.

Kurmaşevanın vəkili onun barəsində həbs qətimkan tədbirinin ev məhbusluğu ilə əvəzlənməsinə dair vəsatət qaldırsa da, məhkəmə vəsatəti rədd edib.

XS
SM
MD
LG