Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:22

«Uşaqlar evə bir torba şirniyyat gətirmişdi. Dedim, «bunlar haradandır?» Dedilər, «küçənin o başına töküblər, qonşuların uşaqları yığdı, apardı, biz də yığdıq»».

Kürdəxanı sakini Sahibə Alıyevanın azyaşlı övladlarının evə gətirdikləri şirniyyatlar yaxınlıqdakı əraziyə boşaldılmış, istifadə müddəti ilyarım əvvəl tamam olmuş şirniyyat məhsullarındandır. Sahibə xanım deyir, bir neçə gün əvvəl maşınlarla gətirilib əraziyə boşaldılan şirniyyatlar iri marketlərdən toplanmış, istifadə müddəti keçən məhsullardır:

«Biz tərəfdə bir təpəcik yaranmışdı. Uşaqlar daraşdı şirniyyatlara, bir hissəsini yedilər, bir hissəsini evlərinə daşıdılar... Bu, insanları göz görə-görə zəhərləyib öldürməkdir».

«ŞİRNİYYATLARDAN DADMAMIŞ AYRILMIRLAR»

Şirniyyatdan «təpəcik» Kürdəxanıda yolun kənarında yaradılıb. Sakinlərin də tanımadığı şirkətlərin maşınları gecəylə əraziyə gətirdikləri yüzlərlə şirniyyat məhsulunu buraya tökərək gediblər.

«Zibilliyin» yığışdırılması üçün yerli bələdiyyəyə və icra nümayəndəliyinə müraciət ediblər. Sakinlər daha çox qəsəbədəki azyaşlılara görə narahatdırlar. Onlar bildirirlər ki, «şirniyyat zibilliyi» məktəbə yaxındır. Məktəbə gedən və qayıdan uşaqlar vaxtı ötmüş şirniyyatlardan dadmamış ərazidən ayrılmırlar.

Kürdəxanı sakini Gülmayə Əliyeva:

«Peçenyelərdir, şokoladlardır... Dünən uşaq məktəbdən gələndə çantasına doldurub gətirmişdi, hamısını əlindən alıb zibil qutusuna atdım. Müddəti çoxdan ötmüş şirniyyatlar idi».

200 MANATADƏK CƏRİMƏ

Sakinlər deyirlər ki, vəziyyəti yerli telekanallar da çəkib, ancaq hələ də tədbir görülməyib.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna bildirilib ki, yolun kənarına tökülmüş xarab məhsullar oktyabrın 17-də ərazidən yığışdırılaraq Balaxanı zibil emalı zavoduna verilib:

«Nədənsə, belə məhsulları gətirib yolun kənarına töküb gediblər. Artıq ərazi təmizlənib və bunu edənlərin müəyyənləşdirilərək cərimələnməsi üçün aidiyyəti qurumlara müraciət olunub».

Bu işə görə məsuliyyət daşıyanları 200 manatadək cərimə gözləyir. Qurumdan bildirilib ki, təhlükəli nəticələrə səbəb ola biləcək bu əmələ görə cəza ağırlaşdırılsa, vəziyyət təkrarlanmaz.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG