Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 20:14

Sadə kürdlər PKK-nı dəstəkləyirmi?


İstanbulda Veznecilər məhəlləsində intiharçı terror hücumundan sonra yaranan mənzərə, 7 iyun 2016
İstanbulda Veznecilər məhəlləsində intiharçı terror hücumundan sonra yaranan mənzərə, 7 iyun 2016

-

Saatsaz Hüsnü bəyin "Kürd məsələsi"nı çarə təklifi

İki həftə əvvəl İzmirdə kiçik bir dükanda saat ustasının yanında oturmuşdum. Ustanın saatımı təmizləyib batareyasını dəyişməsini gözləyirdim. Dükanın sahibi çox peşəkar saatsaz olan Hüsnü bəy həm də Türkiyədə çoxları kimi söhbətçil biri idi. Usta söhəbətə dərhal prezident Recep Tayyib Erdoganın siyasətindən başladı.

Mən onun ölkəsinin "Kürd məsələsinə" baxışı ilə maraqlandım. Bugünlər Türkiyə ordusu və təhlükəsizlik qüvvələri PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasına mənsub yaraqlılar və onların tərəfdarlarına qarşı şəhər və kəndlərdə geniş əməliyyatlar həyata keçirilər. Ona görə usta Hüsnü bəyin də bu əməliyyatlar, eləcə də ölkəsində kürd azlıqların etnik və mədəni hüququları barədə fikirlərini eşitmək istəyirdim.

Söhbətə belə keçdim ki, bəli, onlar həm ordu və təhlükəsizlik qüvvələrinə, həm də sadə vətəndaşlara qarşı terrorçuluq edirlər: "Amma gəlin, təsəvvür edək ki, hökumət kürd yaraqlıların böyük bir məhv etdi, onların hücumları azaldı. Bəs, onda müzakirəni, danışıqları kimlə aparacaq? Əvvəl-axır bu iş siyasi yollarla həll edilməlidir, yalnız hərbi əməliyyatlarla bu problem həll edilə bilməz. Görünür hələ PKK-nı əvəz edəsi bir kürd təşkilatı yoxdur."

PKK 32 ildir Türkiyəyəy qarşı müharibə aparan silahlı kürd təşkilatıdır. Onu təkcə Türkiyə deyil, ABŞ və Avropa ölkələrinin bir çoxu terrorçu təşkilat kimi tanıyır.

Twitter-də yayılmış postlardan birində Türkiyədə terror hücumlarının çox artdığı, statistikanı aparmaq üçün belə bir formanın işə yaraya biləcəyini deyilir. Yəni, hazır məlumat forması var, sadəcə hadisənin baş verdiyi yer, tələfat sayı dəyişdirilir.

Sadiq atatürkçü olan saatsaz Hüsnü bəy gözlənildiyi kimi birbaşa prezident Recep Tayyip Erdoğanın siyasətini tənqidlə başladı:

"Kürd vətəndaşların əksəriyyəti PKK terroruna qarşıdır. Ancaq Erdoğan PKK-nı tərk-silah etmədən onunla danışığa getmək qərarına gəldi. Bu müddətdə PKK da minlərlə silahı və tonlarla sursatı şəxsi evlərin zirzəmilərində topladı. Hələ də silahlı olan biri ilə danışığa getmək olmaz.

İndi Erdoğan təlaşdadır, kimə haradan hücum edəcəyini bilmir. Əvvəlcə terroru təmizləyib onları tərk-silah edib, sonra deməli idin "İndi gəlin oturaq danışaq."

Erdoğandan əvvəl siyasət də elə bu idi və biz il ərzində beş-on nəfər tələfat verirdik. AKP hakimiyyətə gələndən bəri isə biz ildə yox, hər həftə 5-10 nəfər tələfat veririk. Görün, dünən onlar İstanbulda nə eləyiblər.”

____________________________________________________________

Bunlara da bax:
İ.Əliyev: “Erməni qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdı”
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

Özünü partladan 32 yaşlı xanımın dəfni - "kürd problemi"nin əyani nümayişi

Həqiqətən də Hüsnü bəylə söhbətimizdən bir gün əvvəl, iyunun 7-də PKK İstanbulun Fatih məhəlləsində Vezneciler məhəlləsinə gedən yolu qoruyan polis maşınına hücum etmişdi. İntiharçı hücumunda altı polis əməkdaşı və altı mükli şəxs öldürülmüş, 36 nəfər xəsarət almışdı. Onlarla dükana və avtomobilə ziyan dəymişdi. 2 ailə öz yaxınlarını itirmiş, bütün ölkə növbəti dəfə şoka düşmüşdü. İntiharçı Diyarbəkirin Bağlar məhəlləsindən olan 32 yaşlı qadın Eylem Yasa idi. Türkiyənin kürd millətçiləri Diyarbəkiri öz "paytaxtları" elan ediblər. Eylem Yasanın əvvəlcə şimali İraqdakı, daha sonra Türkiyənin içərisindəki kürd düşərgələrində təlim keçdiyi iddia olunur.

Eylemin cəsədi əvvəlcə İstanbulda ədliyyə hospitalının morqunda saxlanıb, daha sonra dəfn edilmək üçün Diyarbəkirə göndərilib.

Terrorçunun ailəsinin onun cəsədini sakitcə Diyarbəkir ətrafında dəfn edəcəyini gözləyirsiniz?

Elə olmadı. Onlar dəfni əsl siyasi şouya çevirdilər. Tabutu PKK-nın bayrağına bükdülər. Onu qadınlar daşıdı. Kişilər əlləri ilə "V" ("qələbə") işarəsi göstərdilər və hökumətə qarşı şüarlar qışqırdılar. Üstəlik də regionun onlarla kürd şəhərinin merləri dəstək nümayiş etdirmək üçün dəfnə gəldi. Onların hamısı Türkiyə parlamentində təmsil olunan Xalqların Demokratik Partiyasının (HDP) təmsilçiləri idi.

Türkiyədə HDP PKK-nın faktiki "siyasi qanadı" kimi tanınır. Parlamentin 550 deputatının 59-u HDP-dəndir. Ölkənin şərqi və cənub-şərqində bir çox şəhərlərin rəhbərliyi də bu partiyanın nəzarətindədir.

Bəs, bu kürd vətəndaşlar nə baş veridyini bilmirdilərmi? Onlar Türkiyəyə hansı mesajı vermək istəyirdilər? Onlar bu hərəkətin türk-kürd münasibətlərinə necə təsir edəcəyini gözləyirdilər? Onlar görmürlərmi ki, Türkiyənin Suriya və İraqla sərhədindəki bölgələr get-gedə Suriyanın şimalına oxşayır?

Özünü partlatmazdan əvvəl Eylemin fikri soruşulsaydı, o, bunu "azadlıq uğrunda mübarizə" adlandıracaqdı. O, terrorizmi sözdə qınayacaqdı. Ancaq güman ki, ürəyində PKK-nın fərqli olduğunu düşünəcəkdi. Bu cür hücumlar "yaxşı" terror hücumlarıdır. Bu, kürd silahlılarının təbirincə desək, Türkiyənin "dövlət terroru"na cavab idi.

PKK 2015-ci ilin yayında onsuz da kövrək olan atəşkəsə son qoyaraq gizli saxladığı silahları üzə çıxarıb, Eylem kimi silahlılarına da hərbi və polis hədəflərinə, habelə mülki şəxslərə hücum etmək əmri verib. İddia edilir ki, guya PKK komandirləri Türkiyənin hər yerinə, bütün şəhərlərinə hücum etmək əmri veriblər.

PKK yaraqlıları ilə türk ordusu arasında aylarla davam edən toqquşmalar nəticəsində Türkiyənin cənub-şərqindəki bəzi şəhərlər bombalanmış Suriya şəhərlərini xatırlatmağa başlayıb.

Əslən Türkiyənin şərqindəki Tunceli şəhərindən olan, İzmirdə hotel meneceri işləyən etnik kürd Necla karyerasını irəli apararaq İraq və Suriyaya yaxın yerlərdən qərbə köçmək istəyir.

“Şərqdən silah və nifrət qoxusu gəlir. Dini nifrət, etnik nifrət və cəhalət. Mənə siyasət lazım deyil. Mənə təhlükəsizlik, təhsil, səhiyyə və normal həyat lazımdır," deyir Necla.

Neclanın bu sözləri saatsaz Hüsnü bəyin "Kürd vətəndaşların əksəriyyəti PKK terroruna qarşıdır" fikrini xatırlatdı. Amma yenə də əmin deyiləm ki, Türkiyədə gerçək vəziyyət Hüsnü bəyin təsvir etdiyi kimidir, ya yox.

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG