Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Kür çayında su azalıb


Kür çayı, may2010

Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi aşağı düşüb.

Bunu yerli sakinlər deyir. Sakinlərin sözlərinə görə, suyun aşağı düşməsi çayda xeyli adacıq əmələ gətirib.

Yerli sakinlər onu da iddia edirlər ki, çayın rayon ərazisindən keçən hissəsində orta dərinlik 1,3 metrdir və bu son 30 ildə ən aşağı göstəricidir. İndi əhalı düşünür ki, bu proses çayda yaşayan canlıların azalmasına səbəb ola bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin mütəxəssisi Akif Verdiyev isə bildirir ki, belə hallar qlobal iqlim dəyişikliklərinin nəticəsi kimi ortaya çıxır: “Yayda anomal istilərin olması, su səthində buxarlanmanın artması, yağışların az olması, suya olan tələbatın artması belə halalrın baş verməsi səbəbləri sərasındadır”.

A.Verdiyev vurğulayıb ki, Kür çayında belə vəziyyət 2014-cü ildə də qeydə alınıb.

Uzunluğu 1515 km olan bu çay üç ölkənin-Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisində axır.Çayın mənbəyi Türkiyə, mənsəbi Xəzər dənizidir.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG