Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:21

Demokratlar impiçment araşdırmasını səsvermə ilə rəsmiləşdirəcəklər


Nümayəndələr Palatasının spikeri Nancy Pelosi (solda) və prezident Donald Trump
Nümayəndələr Palatasının spikeri Nancy Pelosi (solda) və prezident Donald Trump

ABŞ Nümayəndələr Palatası prezident Trump-a qarşı demokratların başlatdığı impiçment araşdırmasını rəsmiləşdirmək üçün oktyabrın 31-də səsvermə keçirməyi planlaşdırır.

Demokratların fikrincə, belə bir səsvermə impiçment araşdırmasını rəsmən təsdiqləməklə yanaşı, həm də bu araşdırmanın qanunsuz və ədalətsiz olduğuna dair Trump-ın və respublikaçıların şikayətlərinə son qoymalıdır.

Bu da bildirilir ki, səsvermə habelə ictimai dinləmələrin keçirilməsinin, mümkün ittihamların irəli sürülməsinin və prezidentə qarşı impiçment maddələrinin müəyyən edilməsinin qaydalarını təsdiqləyəcək.

Bu barədə oktyabrın 28-də bəyanat verən spiker Nancy Pelosi israr edib ki, səsvermə qərarı respublikaçıların təzyiqinə boyun əyilməsi kimi qiymətləndirilməməlidir, çünki ötən həftə federal hakim də araşdırmanın səsvermə ilə təsdiqlənməsinə ehtiyac olduğunu bildirib.

Trump-ın keçmiş müşaviri ifadə verməyə gəlməyib

Pelosinin bu bəyanatından əvvəl Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri prezident Donald Trump-ın impiçmenti ilə bağlı Konqres araşdırmasının dinləməsinə gəlməmişdi.

Konqres komitələri hazırda Trump-ın siyasi rəqibinə qarşı təhqiqat başlanması üçün Ukrayna prezidenti Volodymyr Zelenskiy-ə təzyiq göstərdiyinə dair iddiaları araşdırır.

Beləliklə milli təhlükəsizlik müşavirinin keçmiş müavini Charles Kupperman Nümayəndələr Palatasının üç komitəsinin çağırışına etinasızlıq göstərib.

O Konqres komitəsində oktyabrın 28-də ifadə verməliydi.

Bu barədə məlumatı ABŞ Konqresi Kəşfiyyat Komitəsinin sədri Adam Schiff verib.

Prezident Donald Trump Kuppermanın ifadə verməsini qadağan edib və bununla əlaqədar keçmiş müşavir müavini federal məhkəməyə müraciət edib.

Kupperman istəyir ki, onun Konqresə ifadə verməli olub-olmadığı barədə qərarı hakim çıxarsın.

Schiff deyib ki, Kuppermanın məhkəməyə müraciətinin “hüquqi əsas yoxdur”.

Komitə sədri deyib ki, Ağ Ev Kuppermanın ifadəsinə qadağan qoymaqla Konqres araşdırmasına və həqiqətin müəyyən edilməsinə mane olur.

Onun fikrincə Ağ Ev Kuppermanın Trump üçün ziyanlı ifadə verə biləcəyindən narahatdır.

Vəkil Charles Cooper oktyabrın 27-də demişdi ki, məhkəmə Konqresin xeyrinə qərar çıxararsa, onda Kupperman Nümayəndələr Palatasının çağırışına əməl edəcək.

Konrqresin Nümayəndələr Palatasında prezident Trump-a qarşı impiçment araşdırmasımna ötən ay, onun Volodymyr Zelenskiy ilə 25 iyul tarixli telefon söhbətinin təfərrüatları məlum olduqdan sonra başlanıb.

Bu söhbət barədə kəşfiyyat xəbərçisi rəsmi şikayət vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG